Uğursuzluq belə başlayır: “Sabah edərəm”, “Birinci gün başlayaram”
Fəxri Ağayev
Peşəkar idarəçi
Tanıdığım fərqli sahələrdən bütün uğurlu insanlar birləşdirən xüsusiyyətlərdən biri də DİSİPLİNDİR. Sözdə yox – dəmir kimi disiplin.
Məqsədlərimizə gedən yolu dənizdə qayıq içində gedən insanın vəziyyətinə bənzədirəm. Bəzən külək məqsədlərimiz istiqamətindədir. Bu halda motivasiyamız yüksək olur və yoldan zövq alırıq. Amma əksər hallarda külək əks istiqamətdə və bizi məqsədlərimizdən uzaqlaşdırır.
Bu durumda biz çarəsiz və taqətsiz qalıb baş verənləri izləsək, geriyə gedəcəyik. Bunun üçün də insan kürəkləri əlinə alır və var gücü ilə məqsədlərinə tərəf kürək çəkməyə başlayır. Yorulur, canı ağrıyır, amma o hər gün, durmadan, stabil şəkildə irəli doğru gedir.
10 il sonrakı həyatımızın keyfiyyəti, bizim bu gün nə qədər zəhmət çəkib avar çəkməyimizə bağlıdır. Kimisi sadəcə oturub həyat qayığının içində, bəxt və uyğun külək gözləyir ki, onu məqsədlərinə doğru aparsınlar, kimisi də külək gözləmədən öz həyatının yolunu özü müəyyən edir.
10 il sonrakı həyatımızın keyfiyyəti də bu gün bizim hər birimizin nə qədər zəhmət çəkdiyimizə bağlıdır.
DİSİPLİN - bizim bu günümüz ilə gələcəyimiz arasında sadə bir körpüdür.
İstənilən sahədə uğur, ani partlayışın deyil, kiçik, davamlı və stabil artan addımların nəticəsidir.
Hər gün cəmi 15 dəqiqə kitab oxumaq.
Hər gün cəmi 15 dəqiqə idmana zaman ayırmaq.
Hər gün xarici dildə cəmi 3 söz əzbərləmək.
Bir anda nəticə olmayacaq. Amma bir gün bu kiçik addımların nəticəsi olacaq.
Uğurun ani bir partlayış nəticəsi olmadığı kimi, uğursuzluq da ani çöküş nəticəsi deyil.
İstənilən işdə uğursuzluq, özümüzə hər dəfə “sabah edərəm”, “birinci gün başlayaram”, “bayramdan sonra davam edərəm” deməkdədir.
DİSİPLİN bir vergi deyildir. İstedad da deyil. Bu sadəcə bir vərdişdir.
Buna görə də disiplin mövzusunda hərkəsə şiddətli tövsiyyəm – kiçik addımlar atmağa özünüzü məcbur edin.
Hər gün 5 dəqiqə durmadan oxumaqla başlayın. Az oxuyun- amma daimi oyuxun ki, oxuma vərdişi formalaşsın.
Hər gün 5 dəqiqə idman etməklə başlayn. Az idman edin, amma daim edin və idman vərdişiniz formalaşsın.
Hər gün ingiliscə cəmi 1 söz əzbərləyin ingiliscə. Az söz əzbərləyin - amma daim əzbərləyin və söz öyrənmə vərdişiniz formalaşsın.
ƏN ƏSASI İSƏ... Öz həyatınızın 10 il sonrakı nöqtəsinə gedin və oradakı özünüzü görün və bu gününüzü belə dəyərləndirin.
10 il sonrakı mən. Biliyim, savadım yoxdur, vizyonum zəifdir, söz ehtiyatım az, danışıq, nitq, ünsiyyət qurma – sıfır. Enerjisiz və halsız, sağlamlığımda sıxıntılar, bədən dilim və qamətim zəif. Xarici dil bilmirəm.
Niyə? Çünki 10 il öncəki mən, 2024-cü ildə oxumadım, idman etmədin, xarici dil öyrənmədim.
Hər kəsə gələcək məqsədləri ilə bu günləri və gələcək məqsədləri arasında olan bütün bəhanələri beyinlərindən silərək disiplinli şəkildə məqsədlərinə doğru əzmkarlıqla addımlamağı arzulayıram! Həftəniz enerjili və rəngli olsun!

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11 manatdan krevet alıb
01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ
01.04.2026"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb
01.04.2026Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR
01.04.2026Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
01.04.2026Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB
01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı
01.04.2026“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb
01.04.2026"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi
01.04.2026"Azərbaycan alüminiumu" ASC ləğv edilir
01.04.2026"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb
01.04.2026Sığorta bazarı kiçildi - 3,6 milyonluq itki - RENKİNQ
01.04.2026Sabah 25 dərəcə isti olacaq
01.04.2026"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO
01.04.2026