"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

Redaktor

01.04.2026 16:28
83

"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

Amerikalı sous və ədviyyat istehsalçısı “McCormick” şirkəti “Unilever”in qida bölməsinin alınacağını açıqlayıb. Sövdələşmə çərçivəsində “Unilever Foods” 45 milyard dollar dəyərində qiymətləndirilib, birləşmiş strukturun ümumi dəyəri isə 65 milyard dolları keçib.

Valyuta.az xəbər verir ki, razılaşmanın şərtlərinə əsasən, “Unilever” səhmdarları yeni yaradılacaq şirkətin 55,1%-nə, “McCormick” səhmdarları 35%-nə, “Unilever” isə 9,9%-nə sahib olacaq. Gözlənilir ki, sövdələşmə 2027-ci ilin ortalarında tənzimləyici qurumların təsdiqindən sonra yekunlaşacaq.

Birləşmiş şirkətin beynəlxalq baş ofisi Niderlandda yerləşəcək. Qida bölməsinin satışından sonra “Unilever” 1930-cu ildə “Margarine Unie” (Niderland) və “Lever Brothers” (Böyük Britaniya) birləşməsi nəticəsində əldə etdiyi Niderland aktivlərini itirmiş olacaq. Bundan sonra şirkət dəriyə, üzə qulluq məhsulları və məişət kimyası istehsalına fokuslanacaq.

Xəbərə reaksiyada “Unilever” və “McCormick” səhmləri müvafiq olaraq 7% və 5% ucuzlaşıb. “Reuters”in məlumatına görə, investorlar sövdələşmənin mürəkkəb strukturundan, uzun icra müddətindən və mümkün antiinhisar araşdırmalarından narahatdırlar.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu

01.04.2026

BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb

01.04.2026

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.04.2026

"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

01.04.2026

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

01.04.2026

Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb

01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB

01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

01.04.2026

“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb

01.04.2026

"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

01.04.2026

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

01.04.2026

"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb

01.04.2026

Sığorta bazarı kiçildi - 3,6 milyonluq itki - RENKİNQ

01.04.2026

Sabah 25 dərəcə isti olacaq

01.04.2026

"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO

01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi

01.04.2026

Məzənnə

Yüklənir...