"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

Redaktor

01.04.2026 13:30
195

"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi

"Meta" ABŞ-da yeniyetmələrin təhlükəsizliyinə zərər vurduğu iddiaları ilə bağlı iki məhkəmə işini uduzub.

Valyuta.az xəbər verir ki, əvvəlcə New Mexico ştatında keçirilən məhkəmə prosesində şirkət uşaqların təhlükəsizliyini riskə atdığına görə məsuliyyətli hesab olunub. Məhkəmə "Meta"nın “ədalətsiz biznes praktikaları”na yol verdiyini müəyyən edərək şirkəti ümumilikdə 375 milyon dollar cərimələyib.

Bundan bir gün sonra isə Los Angeles şəhərində keçirilən digər məhkəmədə "Meta"nın tətbiqlərini uşaqlar və yeniyetmələr üçün asılılıq yaradan formada dizayn etdiyi qənaətinə gəlinib. Qərara əsasən, şirkət iddiaçıya dəyən zərərin 70%-nə görə məsuliyyət daşıyır. Bu iş üzrə "Meta" və digər platformalara ümumilikdə 6 milyon dollar cərimə tətbiq olunub. "YouTube" isə məsuliyyətin 30%-ni daşıyır.

Ekspertlərin fikrincə, bu qərarlar "Meta"ya qarşı onlarla yeni iddianın qaldırılmasına yol aça bilər. Bildirilir ki, artıq ABŞ-da 40 ştatın baş prokurorları şirkətə qarşı oxşar iddialarla çıxış edib.

Bu dəfə məhkəmələrdə diqqət platformalarda yayılan kontentə deyil, tətbiqlərin öz dizayn xüsusiyyətlərinə yönəlib. Xüsusilə “sonsuz skrol” və davamlı bildirişlər kimi funksiyaların istifadəçilərdə asılılıq yaratdığı vurğulanıb.

Məhkəmə prosesləri zamanı açıqlanan daxili sənədlər "Meta"nın platformalarının yeniyetmələrə mənfi təsirlərini bildiyi halda kifayət qədər tədbir görmədiyini göstərir. Sənədlərdə şirkətin yeniyetmələrin tətbiqlərdə daha çox vaxt keçirməsini artırmağa çalışdığı da qeyd olunub.

"Meta" isə ittihamlarla razılaşmadığını və qərarlardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət nümayəndələri bildiriblər ki, yeniyetmələrin psixoloji vəziyyətini yalnız sosial media ilə əlaqələndirmək düzgün yanaşma deyil və bu sahədə daha geniş amillər nəzərə alınmalıdır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bitcoin və Ethereum: fərq nədir və hansını seçmək daha məqsədəuyğundur?

03.04.2026

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

03.04.2026

Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? - Statistika

03.04.2026

Aynur Kərimovaya Mədəniyyət Nazirliyində vəzifə verildi

03.04.2026

Alabalığın kiloqramını İrandan 7, Norveçdən 22 manata alırıq - Qiymətlər

03.04.2026

Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırıldı - RƏSMİ

03.04.2026

Xalis xarici aktivlər aylıq 130.9 mln. manat azalıb

03.04.2026

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli oldu

03.04.2026

Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı

03.04.2026

Süni intellekt dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən birini sındırıb

03.04.2026

Agentliyə yeni şöbə müdiri təyin olundu

03.04.2026
 Aylıq büdcədən nə qədərini "fövqəladə hal" üçün ayırmaq lazımdır?

Aylıq büdcədən nə qədərini "fövqəladə hal" üçün ayırmaq lazımdır?

03.04.2026

Avtonəqliyyat sığortasında yığımlar azalıb, ödənişlər artıb

03.04.2026

Quba Regional Turizm İdarəsinin rəisi işdən çıxarıldı

03.04.2026

2025-ci ildə AFFA-ya 61,4 milyon manat vəsait daxil olub

03.04.2026
Azərbaycanda ən çox hansı sosial şəbəkələrə tələbat var?

Azərbaycanda ən çox hansı sosial şəbəkələrə tələbat var?

03.04.2026

Dövlət vəzifəsi tutmaq istəyənlər yoxlanılacaq

03.04.2026

Neftimizin qiyməti 140 dolları ötüb

03.04.2026

Azərbaycan banklarına ən çox əmanəti bu regionlar yerləşdirir - CƏDVƏL

03.04.2026

6 sığorta şirkətinin ümumi yığımlardakı itkisi 14 milyonu keçdi - SİYAHI

03.04.2026

Məzənnə

Yüklənir...