Redaktor
Zal Yusifovun oğlu yenidən həbs edildi
“Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov yenidən həbs edilib.
Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçmiş bankir oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur.
Polisin apardığı istintaqla İ.Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb edilib. Amma o həbs edilməyib. İ.Yusifov və İ.Abbasovun ikisinə də xüsusilə külli miqdarda dələduzluq ittihamı verilib.
Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onları 14 ilə kimi həbs gözləyir. Bu, İslamın ikinci eyni tipli ağır cinayəti olduğundan ağırlaşdırıcı hal hesab olunur.
Qeyd edək ki, “Texnikabank” ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli biliniblər. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıb.
İslam Yusifov əvvəllər müğənni Xatirə İslamla yaxınlığı ilə də gündəmə gəlib. Onun bir müddət müğənniyə sponsorluq etdiyi bildirilib. O, 2010-cu ildə məhkum edildikdən sonra mənimsədiyi pulların 2 milyon manatını Xatirəyə xərclədiyini, ona 2 ev aldığını deyib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək
19.12.2025Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?
19.12.2025Sabahın hava proqnozu
19.12.2025Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi
19.12.2025Banklar müddətli əmanətə nə qədər faiz verir?
19.12.2025
Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib
19.12.2025Əyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI
19.12.2025“Lovable” 330 milyon dollar investisiya alıb
19.12.2025Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
19.12.2025
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
19.12.2025"Honda" Yaponiya və Çində istehsalı dayandırır - SƏBƏB
19.12.2025Eldar Qəribovun Fransadakı 34 milyonluq villası və cavabsız suallar - FOTOLAR
19.12.2025Süni intellektlə işləyən 10 marketinq avtomatlaşdırma aləti
19.12.2025"TikTok" "Oracle" və digər investorlarla razılaşma imzaladı
19.12.2025Sumqayıtda baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.12.2025