12 ayda 12 startap qurdu - iki layihə ona milyonlar qazandırdı

Redaktor

09.06.2026 08:30
317

12 ayda 12 startap qurdu - iki layihə ona milyonlar qazandırdı

Startap dünyasında uğurun klassik formulu belə görünür: investor tap, böyük komanda qur, milyonlarla dollar cəlb et və sürətlə böyü. Amma Pieter Levels tamamilə fərqli yol seçdi.

Valyuta.az xəbər verir ki, Niderlandlı proqramçı Pieter Levels illər əvvəl özünə qəribə bir məqsəd qoydu: 12 ay ərzində 12 fərqli startap qurmaq.

O dövrdə nə investorları var idi, nə böyük komandası, nə də Silikon Vadisi ilə əlaqələri.

Sadəcə bir noutbuk və internet bağlantısı. 2014-cü ildə başladığı bu eksperiment zamanı bir-birinin ardınca layihələr hazırlayırdı. Layihələrin çoxu uğursuz oldu. Bəziləri isə ümumiyyətlə gəlir gətirmədi.

Lakin həmin uğursuzluqların içindən bir ideya diqqət çəkdi.

Pieter dünyanın müxtəlif ölkələrində yaşayan rəqəmsal köçərilərin – yəni internet vasitəsilə işləyib səyahət edən insanların – hansı şəhərlərdə yaşamağa üstünlük verdiyini araşdırmağa başladı.

Beləcə "Nomad List" yarandı. Platforma dünyanın müxtəlif şəhərlərini internet sürəti, yaşayış xərcləri, təhlükəsizlik, iqlim və digər göstəricilər üzrə müqayisə edirdi.

Layihə qısa müddətdə populyarlıq qazandı və dünyanın hər yerindən istifadəçilər cəlb etdi.

Bir müddət sonra Pieter başqa bir problemi gördü. Şirkətlər uzaqdan işləyən əməkdaşlar axtarırdı, amma bunun üçün uyğun platformalar az idi. Bu problemin həlli kimi "Remote OK" platformasını yaratdı. Platforma uzaqdan iş elanları üçün qlobal bazara çevrildi.

Ən maraqlısı isə odur ki, Pieter Levels bu layihələrin əksəriyyətini təkbaşına qurmuşdu. O, ənənəvi startaplar kimi yüzlərlə işçi işə götürmədi. Milyonlarla dollar investisiya toplaması. Əksinə, məhsulları mümkün qədər sadə saxladı və prosesləri avtomatlaşdırdı.

Bu yanaşma ona "solo founder" hərəkatının ən tanınmış simalarından biri statusunu qazandırdı. Bu gün Pieter Levels internet sahibkarlığının ən fərqli nümunələrindən biri hesab olunur.

Onun hekayəsi göstərir ki, bəzən uğur böyük ofislərdən və milyonluq investisiyalardan deyil, sadə problemləri həll edən məhsullardan başlayır. Bir nəfərin hazırladığı layihələr milyonlarla insan tərəfindən istifadə oluna bilər.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...