Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu

Redaktor

19.06.2026 21:23
198

Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu

2026-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 273,18 ton qarpız idxal edib.

Valyuta.az xəbər verir ki, idxalın ümumi dəyəri 185,18 min ABŞ dolları təşkil edib.

Statistikaya görə, qarpız əsasən İran İslam Respublikası, Braziliya və Kosta-Rikadan gətirilib.

Belə ki, İrandan 262,84 ton məhsul 171,83 min ABŞ dollarına idxal olunub. Bu ölkədən gətirilən qarpızın 1 kiloqramının orta qiyməti 0,65 ABŞ dolları və ya 1,1 manat olub.

Braziliyadan 8,68 ton qarpız 10,86 min ABŞ dolları dəyərində gətirilib. Məhsulun 1 kiloqramının orta qiyməti 1,25 ABŞ dolları və ya 2,1 manat təşkil edib.

Kosta-Rikadan isə 1,66 ton məhsul 2,49 min ABŞ dollarına idxal olunub. Bu ölkədən gətirilən qarpızın 1 kiloqramının orta qiyməti 1,5 ABŞ dolları və ya 2,6 manat olub.

Beləliklə, idxalın həcminə və dəyərinə görə əsas pay İranın üzərinə düşüb. Ən bahalı qarpız isə orta qiymət baxımından Kosta-Rikadan gətirilən məhsul olub.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...