Siqaret fasiləsi şirkətlərə neçəyə başa gəlir?
01.06.2026 10:20
172

Siqaret fasiləsi şirkətlərə neçəyə başa gəlir?

Asim Həsənov
  İnsan Resursları üzrə mütəxəssis

İş yerlərində siqaret fasilələri uzun illərdir həm işəgötürənlər, həm də işçilər arasında müzakirə olunan mövzulardan biridir. Bir tərəfdən işçilər gün ərzində qısa fasilələrə ehtiyac duyduqlarını bildirirlər, digər tərəfdən isə siqaret çəkməyən əməkdaşlar iş vaxtının bərabər bölüşdürülmədiyini düşünürlər. Son illərdə bəzi şirkətlər bu məsələyə fərqli yanaşaraq siqaret çəkməyən işçiləri əlavə üstünlüklərlə təşviq etməyə başlayıblar.

Standart bir siqaret fasiləsi təxminən 10-15 dəqiqə çəkir. Gün ərzində 4-5 dəfə siqaret fasiləsinə çıxan işçi ümumilikdə təxminən 1 saatını iş prosesindən kənarda keçirir. Bu isə ay ərzində təxminən 20 iş saatına, yəni orta hesabla 2,5 iş gününə bərabər vaxt itkisi deməkdir.

Məhz bu səbəbdən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər işçilərin sağlam həyat tərzinə marağını artırmaq və iş vaxtından daha səmərəli istifadəni təşviq etmək üçün müxtəlif motivasiya proqramları tətbiq edirlər.

Məsələn, Yaponiyanın "Piala Inc." şirkəti siqaret çəkməyən işçilərinə ildə əlavə 6 gün ödənişli məzuniyyət verir. Bu təşəbbüs nəticəsində həm işçilərin motivasiyası yüksəlib, həm də bir sıra əməkdaşlar siqaretdən imtina etmək qərarı veriblər.

Bəzi Qərb şirkətləri isə fərqli yanaşma seçərək siqaret çəkməyən əməkdaşlar üçün əlavə tibbi sığorta üstünlükləri yaradır, sağlamlıq proqramlarını maliyyələşdirir və ya idman zallarına ödənişsiz abunəlik təqdim edirlər. 

Maraqlı nümunələrdən biri də Rusiyada fəaliyyət göstərən şirkətlərdən birinin vakansiya elanında yer alıb. İş elanları platformalarından birində yerləşdirilən vakansiyada qeyd olunub ki, siqaret istifadə etməyən əməkdaşlara illik əlavə 2 gün məzuniyyət verilir. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

ABŞ Azərbaycana yeni səfir göndərir - Namizəd açıqlandı

02.06.2026

İşçilərin xoşbəxtliyi üçün çalışan 10 perspektivli STARTAP

02.06.2026

Fuad Çıraqov Gürcüstandakı səfirlikdə yeni vəzifəyə gətirildi

02.06.2026

"Blackstone" Asiya fondu üçün 13,1 milyard dollar topladı

02.06.2026

Məzənnə

Yüklənir...