Redaktor
2026-cı ildə pensiyalar artacaq - Anar Əliyev
“Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin proqnoz gəlirlərindən 705,7 milyon manat və ya 9,3% çoxdur. Fondun 2026-cı il üçün gəlirlərinin 79,2% və ya 6,6 milyard manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 593,7 milyon manat və ya 10% çoxdur”.
Valyuta.az Modern.az- a isttinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edir.
“Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 3,6% və ya 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13,1% və ya 520,3 milyon manat artımla proqnozlaşdırılmışdır. 2026-cı ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci il üzrə təsdiqlənmiş transfert məbləğindən 100 milyon manat və ya 6,3% çoxdur”.
O da qeyd edilib ki, dövlət büdcəsindən transfertin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır.
“Vurğulamaq istərdim ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir.
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür” – deyə Anar Əliyev bildirib.
Onun sözlərinə görə, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
“2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. Qeyd edək ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”- deyə nazir çıxışı zamanı vurğulayıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
01.04.2026Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB
01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı
01.04.2026“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb
01.04.2026"Meta" yeniyetmələrə zərər verdiyinə görə məsuliyyətə cəlb edildi
01.04.2026"Azərbaycan alüminiumu" ASC ləğv edilir
01.04.2026"Bakubus" 865 min manatlıq müqavilə imzalayıb
01.04.2026Sığorta bazarı kiçildi - 3 milyonluq itki - RENKİNQ
01.04.2026Sabah 25 dərəcə isti olacaq
01.04.2026"Expressbank"ın İdarə Heyətində yeni TƏYİNAT - FOTO
01.04.2026
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi
01.04.2026Bu şəxslərin 5 illik səlahiyyət müddəti bitir
01.04.2026"OpenAI"nin dəyəri 852 milyard dollara çatdı, amma hələ də mənfəət əldə edə bilmir
01.04.2026Xarici şirkətin avtomobilləri 50% endirimlə satışa çıxarılır
01.04.2026“9fin” şirkəti 170 milyon dollar investisiya alıb
01.04.2026Aprel ayına olan hava proqnozu açıqlandı
01.04.2026