“9fin” şirkəti 170 milyon dollar investisiya alıb

Redaktor

01.04.2026 11:30
65

“9fin” şirkəti 170 milyon dollar investisiya alıb

Böyük Britaniyada yerləşən “9fin” 170 milyon dollar həcmində C seriyası investisiya cəlb edib. İnvestisiya turuna “HarbourVest Partners” liderlik edib.

Valyuta.az xəbər verir ki, daha əvvəl fintech startapı “9fin”in 50 milyon dollar investisiya cəlb etdiyi bildirib.

2016-cı ildə təsis edilən şirkətin dəyərləndirməsi 1,3 milyard dollara yüksəlib. Bununla da “9fin”in ümumi cəlb etdiyi investisiya həcmi 250 milyon dolları ötüb.

Şirkət açıqlayıb ki, yeni maliyyə vəsaiti süni intellekt imkanlarının inkişaf etdirilməsi, məlumat bazasının genişləndirilməsi və ABŞ bazarında böyümənin sürətləndirilməsi üçün istifadə olunacaq.

“9fin” Stiven Hanter (Steven Hunter) və Huss El-Şeyx (Huss El-Sheikh) tərəfindən təsis edilib. Şirkət qlobal borc bazarları üçün süni intellekt əsaslı platforma hazırlayır.

Platforma kredit, istiqraz və özəl kredit bazarlarına dair məlumatları PDF sənədlər, e-poçtlar və məlumat otaqları kimi müxtəlif mənbələrdən toplayaraq vahid sistemdə birləşdirir. Toplanan məlumatlar süni intellektlə dəstəklənən iş axınları vasitəsilə təhlil olunur. Bu həll kredit mütəxəssislərinə imkanları daha sürətli müəyyənləşdirməyə, riskləri qiymətləndirməyə və qərarvermə prosesini optimallaşdırmağa şərait yaradır. Şirkətin xidmətlərindən banklar, aktivlərin idarə olunması şirkətləri, hüquq və konsaltinq firmaları daxil olmaqla 300-dən çox maliyyə qurumu istifadə edir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...