Təranə Quliyevaya Qarabağda vəzifə verildi

Redaktor

01.04.2026 10:31
61

Təranə Quliyevaya Qarabağda vəzifə verildi

Təranə Quliyeva Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Valyuta.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Elnur Niftəliyev məlumat yayıb.

Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

O, əmək fəaliyyətinə “Lider" TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, “GünAz"  TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) “Telesəhər” verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...