7 investisiya şirkətində əməliyyat sayı azalıb

Redaktor

12.06.2026 10:30
389

7 investisiya şirkətində əməliyyat sayı azalıb

2026-cı ilin yanvar-may aylarında investisiya şirkətlərinin bir hissəsində əməliyyat sayında azalma müşahidə olunub.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7 investisiya şirkətində əməliyyatların sayı geriləyib. Ən çox əməliyyat həyata keçirən şirkətlərdən biri olan ABB İnvest İnvestisiya Şirkətində əməliyyatların sayı 11 min 599-dan 9 min 176-ya düşüb. Unicapital İnvestisiya Şirkətində bu göstərici 3 min 729-dan 1 min 798-ə, enib.

Əməliyyat sayında ən böyük faiz azalması isə CFI Financial və Capital Partners investisiya şirkətlərində qeydə alınıb. Belə ki, CFI Financial-da əməliyyatların sayı 63,2%, Capital Partners-də isə 61,2% azalıb.

Əməliyyat sayı azalan investisiya şirkətləri
Şirkət 2026 2025 Azalma Azalma (%)
ABB İnvest İnvestisiya Şirkəti 9,176 11,599 2,423 20.89%
Unicapital İnvestisiya Şirkəti 1,798 3,729 1,931 51.78%
PAŞA Kapital İnvestisiya Şirkəti 2,36 3,393 1,033 30.44%
Capital Partners İnvestisiya Şirkəti 219 565 346 61.24%
Assist Finance İnvestisiya Şirkəti 871 1,125 254 22.58%
CFI Financial İnvestisiya Şirkəti 25 68 43 63.24%
Xalq Kapital İnvestisiya Şirkəti 71 106 35 33.02%
12.06.2026

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...