Redaktor
"ABB"yə 1000 manat qoysaq, nə qədər qazanarıq? - Aylıq, İllik qazanc
Azərbaycanda bank depozitlərinə maraq artmaqda davam edir. Vətəndaşlar üçün ən aktual məsələlərdən biri yerləşdirilən vəsaitin nə qədər gəlir gətirməsidir.
Valyuta.az "ABB"də "Klassik əmanət" şərtlərinə əsasən 1 000 manat depozit yerləşdirilməsi zamanı əldə olunan aylıq və illik qazanc məbləğini hesablayıb.
Qeyd edək ki, depozit gəlirləri ilə bağlı vergi məsələləri də mühüm rol oynayır. Mövcud qaydalara əsasən, bank depozitləri üzrə faiz gəlirləri ümumilikdə vergiyə cəlb olunsa da, müəyyən güzəştlər tətbiq edilir. Depozitlər müddətinə görə qısa və uzun müddətli olmaqla fərqləndirilir.
Qısa müddətli depozitlər 18 aydan az müddətə yerləşdirilən vəsaitlərdir və bu halda aylıq faiz gəlirinin 200 manata qədər olan hissəsi vergidən azaddır. Bu məbləği aşan hissəyə isə vergi tətbiq olunur. Uzun müddətli depozitlər isə 18 ay və daha çox müddətə yerləşdirilən vəsaitləri əhatə edir. Bu halda, depozit vəsaiti 18 aydan tez geri götürülmədikdə, əldə olunan faiz gəlirlərinin tam hissəsi vergidən azad edilir. Lakin vəsait müddət tamamlanmadan çıxarıldıqda, bu güzəşt qüvvədən düşür və yalnız 200 manatadək hissəyə tətbiq edilən vergi azadolması qüvvədə qalır.
Bu qaydalar Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.22-3 və 102.1.22-4-cü maddələrdə əksini tapıb.
| "ABB"də 1000 manat depozit yerləşdirmək | |||||
|---|---|---|---|---|---|
| Müddət | Aylıq faiz | Aylıq qazanc | Müddətin sonu faiz | Müddətin sonunda qazanc | Müddətin sonunda ümumi məbləğ |
| 3 ay | 8% | 20,00 | 8% | 20,00 | 1 020,00 |
| 6 ay | 8,5 % | 42,50 | 9% | 45,00 | 1 045,00 |
| 12 ay | 8,5 % | 85,00 | 9,5 % | 95,00 | 1 095,00 |
| 18 ay | 9% | 135,00 | 10% | 150,00 | 1 150,00 |
| 24 ay | 9% | 180,00 | 10% | 200,00 | 1 200,00 |
| 36 ay | 8,5 % | 255,00 | 9,5 % | 285,00 | 1 285,00 |
| 09.04.2026 | |||||
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026