Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

Redaktor

11.12.2025 14:55
51

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

Şuşa şəhərinin D-5 massivində tikiləcək 4 mərtəbəli yaşayış binaları üçün tender elan edilib.

Valyuta.az xəbər verir ki, layihənin birinci mərhələsində ümumilikdə 6 bina (1, 2, 3, 4, 5 və 6 nömrəli) inşa olunacaq.

Tikinti işlərinin satınalınması “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Layihə üzrə ehtimal olunan ümumi dəyər 15 milyon 970 min 776,37 manat təşkil edir.

Tender 2026-cı il yanvarın 28-i tarixinə qədər davam edəcək.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...