Redaktor
"Aurora Tech Award 2026" mükafatı üçün müraciətlərin qəbulu başlayıb
"Aurora Tech Award 2026" beynəlxalq mükafatı üçün seçim prosesi 2025-ci il avqustun 12-dən noyabrın 12-dək keçiriləcək. Ümumi mükafat fondu 85 min ABŞ dolları təşkil edir.
Valyuta.Az-ın verdiyi xəbərə görə, "Aurora Tech Award" hər il texnologiyaların gələcəyini dəyişən, geniş ictimai təsirə malik innovativ həllər təklif edən cəsur qadın sahibkarları mükafatlandırır. Təşəbbüs 2021-ci ildə yaradılıb və bu gün artıq tez-tez kölgədə qalan səsləri gücləndirən qlobal platformaya çevrilib.
2025-ci ildə rekord sayda – 116 ölkədən 2018 müraciət qəbul edilib. Müraciətlər arasında Yaxın Şərq və Şimali Afrika, Latın Amerikası, Mərkəzi Asiya və Asiya-Sakit okean regionlarından iştirakçılar da yer alıb.
2026-cı ildə mükafat fondu 85 min ABŞ dolları təşkil edəcək və üç qalib arasında bölüşdürüləcək: birinci yer üçün 50 min, ikinci yer üçün 20 min və üçüncü yer üçün 15 min ABŞ dolları. Pul mükafatları ilə yanaşı, finalçılar investorlar və tərəfdaşlardan ibarət şəbəkəyə çıxış, "inDrive" mütəxəssislərinin dəstəyi və bizneslərini beynəlxalq səviyyədə genişləndirmək üçün resurslar əldə edəcəklər.
Finalçılar investorlar və sənaye liderlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən müəyyən olunacaq. 2025-ci ildə finala çıxan layihələr "HealthTech", "AgroTech", "EcoTech", "EdTech", "FinTech" və "HRTech" sahələrini əhatə edib.
Mükafata müraciət etmək istəyən startaplar aşağıdakı meyarlara uyğun olmalıdır:
— Startap qadın tərəfindən təsis edilməli və/və ya onun rəhbərliyi altında olmalıdır;
— Fəaliyyət müddəti beş ildən artıq olmamalıdır;
— Cəlb edilmiş ümumi maliyyələşdirmə həcmi 6 milyon ABŞ dollarını keçməməlidir;
— Məhsulun funksional prototipi, MVP və ya ilkin müştəriləri olmalı və inkişaf mərhələsində – Pre-Seed və ya Seed mərhələsində olmalıdır.
Maraq göstərən iştirakçılar 2025-ci il noyabrın 12-dək auroratechaward.com saytında müraciət edə bilərlər. İlk 100-lük dekabrın 8-də, ilk 30-luq və finalçılar isə 2026-cı ilin əvvəlində elan olunacaq. Mükafatlandırma mərasimi 2026-cı ilin yazında keçiriləcək.
Aydın
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026