Son illərdə böyük maliyyə alan, qadın rəhbərliyində olan 10 startap 

Redaktor

14.08.2025 11:35
622

Son illərdə böyük maliyyə alan, qadın rəhbərliyində olan 10 startap 

Texnologiya və startap dünyasında rekord maliyyələşmə xəbərləri tez-tez gündəmə çıxsa da, bu uğurlara kimlərin çatdığı sualı hər zaman aktualdır. İnnovasiya mərkəzi kimi tanınan texnologiya sektorunda qadın liderlər hələ də azlıq təşkil edir. Sistemli maliyyə baryerləri davam etsə də, son illərdə mühüm uğurlar qazanan qadın rəhbərlər investor inamını qazanaraq milyonlarla avroluq maliyyə təmin ediblər.

Valyuta.az qadın sahibkarların böyük maliyyə raundları bağlayaraq bazarda mövqelərini möhkəmləndirdiyi 10 startapı təqdim edir.

Enn Boden – “Starling Bank” (Böyük Britaniya)

Tanınmış bankir Enn Boden 2014-cü ildə ənənəvi bankçılığın köhnəlmiş sistemlərinə alternativ olaraq tam rəqəmsal “Starling Bank”ı qurub. Müştəri məmnuniyyətində lider olan bank 2022-ci ilin aprelində 150 milyon avro maliyyə cəlb edib. Boden 2023-də CEO vəzifəsini tərk etsə də, hələ də bu sektorda nüfuzlu səs olaraq qalır.

Şarmeyn Çau – “GetHarley” (Böyük Britaniya)

Keçmiş korporativ hüquqşünas Şarmeyn Çau, 2019-cu ildə onlayn dəriyə qulluq platforması “GetHarley”i təsis edib. İstifadəçiləri dermatoloqlar və dəri mütəxəssisləri ilə birləşdirən platforma 2023-cü ilin iyununda 44,8 milyon avro maliyyə toplayıb.

Kler Novorol – “Ada Health” (Almaniya)

Həkim və pediatr olan Dr. Kler Novorol, süni intellekt əsaslı simptom qiymətləndirmə platforması “Ada Health”i qurub. Şirkət 2022-ci ilin fevralında 25,8 milyon avro maliyyə cəlb edərək ümumi investisiyasını 163 milyon avroya çatdırıb.

Dilyara Lupenko – “Impress” (İspaniya)

İnnovativ ortodontiya şəbəkəsi “Impress”in həmtəsisçisi və COO-su Dilyara Lupenko, şirkəti Avropanın ən böyük diş müalicə mərkəzlərindən birinə çevirib. 2024-cü ilin noyabrında 77 milyon avro maliyyə toplayıb.

Elina Berqlund – “Natural Cycles” (İsveç)

Fizika üzrə doktor Elina Berqlund, hormonal olmayan kontraseptiv tətbiq “Natural Cycles”i yaradıb. Dünyada həm Avropa, həm də ABŞ-da kontraseptiv kimi təsdiqlənmiş ilk tətbiqdir. 2024-cü ilin mayında 47,3 milyon avro maliyyə cəlb edib.

Eleonora Krespo – “Pigment” (Fransa)

Keçmiş "Google" əməkdaşı Eleonora Krespo, biznes planlaşdırma platforması “Pigment”i təsis edib. 2024-cü ilin aprelində 133 milyon avro maliyyə toplayaraq ümumi investisiyanı 396 milyon avroya çatdırıb.

Fanni Muazan – “Vestiaire Collective” (Fransa)

Lüks ikinci əl moda platforması “Vestiaire Collective”in həmtəsisçisi Fanni Muazan dövri iqtisadiyyat modelini modada populyarlaşdırıb. 2022-ci ilin dekabrında 75 milyon avro maliyyə cəlb edib.

Hübi – “The Exploration Company” (Fransa)

Kosmik tədqiqat sahəsində ixtisaslaşan “The Exploration Company”nin təsisçisi Elən Hübi, yenidən istifadə olunan kosmik kapsullar inkişaf etdirir. 2024-cü ilin noyabrında 150 milyon avro maliyyə toplayıb.

Lena Hekeloer – “Brite Payments” (İsveç)

Keçmiş Klarna rəhbərlərindən Lena Hekeloer, 2019-da “Brite Payments”i qurub. Ani bank ödənişləri xidmətləri təqdim edən fintech şirkəti 2023-cü ilin oktyabrında 60 milyon avro maliyyə cəlb edib.

Miçel Hi – “Abound” (Böyük Britaniya)

Ədalətli kredit sistemi yaratmaq məqsədilə qurulan “Abound”un COO-su Miçel Hi 2024-cü ilin fevralında rekord – 924,8 milyon avro maliyyə təmin edib. Ümumi investisiya həcmi 1,8 milyard avroya çatıb.

Mridula Por – “Peppy” (Böyük Britaniya)

İş yerlərində sağlamlıq dəstəyini gücləndirməyi hədəfləyən “Peppy” platformasının həmtəsisçisi Mridula Por 2023-cü ilin yanvarında 38,7 milyon avro maliyyə cəlb edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!

21.06.2026

Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək

21.06.2026

12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?

21.06.2026

Məqsədlərə çatmağın sadə addımları

20.06.2026

Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb

20.06.2026

Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya

20.06.2026

Ən uğurlu iş mühitləri hansılardır?

20.06.2026

2026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb

20.06.2026

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

20.06.2026

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

20.06.2026

Swatch-un ən bahalı saatları

20.06.2026

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Məzənnə

Yüklənir...