Redaktor
Azərbaycan kərə yağını hansı ölkələrə satır?
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricə ümumilikdə 3 759,17 ton kərə yağı ixrac edib.
Valyuta.az xəbər verir ki, məhsul ixracından əldə olunan gəlir 26 197,98 min ABŞ dolları təşkil edib.
Kərə yağının ixrac olunduğu ölkələr arasında Qazaxıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Gürcüstan və İraq yer alıb.
Qazaxıstana 20 ton kərə yağı göndərilib və bunun dəyəri 173,36 min dollar olub. 1 kiloqramın qiyməti 8,6 dollar və ya 14,73 manat təşkil edib.
Özbəkistana ixrac olunan 160 ton kərə yağı isə 1 198,44 min dollar dəyərində reallaşdırılıb. Bu ölkəyə satılan məhsulda 1 kiloqramın orta qiyməti 7,49 dollar və ya 12,73 manat olub.
İxracın ən böyük hissəsi Rusiyanın payına düşüb. Bu ölkəyə 3 417 ton kərə yağı göndərilib və satışdan 23 873,87 min dollar gəlir əldə edilib. 1 kiloqram üçün qiymət 6,98 dollar və ya 11,87 manat səviyyəsindədir.
Türkmənistana ixrac olunan 159,8 ton kərə yağının dəyəri 931,65 min dollar təşkil edib. Burada 1 kiloqram üçün qiymət 5,8 dollar (9,91 manat) kimi qeydə alınıb.
Gürcüstana isə 1,44 ton kərə yağı göndərilib. Dəyəri 10,97 min dollar olan məhsulun 1 kiloqramı 7,61 dollar və ya 12,95 manat olub.
İraq istiqamətinə ixrac olunan 0,93 ton həcmdəki kərə yağı üçün 9,69 min dollar dəyər formalaşıb. Bu bazarda 1 kiloqramın qiyməti 10,41 dollar və ya 17,71 manatla ən yüksək göstərici kimi diqqət çəkir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026