Redaktor
Azərbaycan startapı "TechCrunch Road 2 Battlefield 2025"in finalında
Azərbaycanlı Yaqub Rəhimovun qurduğu "Polygraf AI" süni intellekt startapı TechCrunch Road 2 Battlefield 2025 yarışmasının finalına yüksəlib.
"TechCrunch Road 2 Battlefield" nədir?
Valyuta.Az xəbər verir ki, "TechCrunch Startup Battlefield", dünyanın ən nüfuzlu texnologiya tədbirlərindən biri olan TechCrunch Disrupt-un əsas hissəsidir. Bu il tədbir 27–29 oktyabr 2025-ci il tarixlərində San-Fransiskoda baş tutacaq. Finalçılar layihələrini Silikon Vadisinin aparıcı investorlarına, media nümayəndələrinə və texnologiya liderlərinə təqdim edəcəklər.
Mərkəzi Avrasiya üzrə seçimlərə 27 ölkədən 485 müraciət daxil olub. 21 iyul – 13 avqust tarixləri arasında keçirilən seçim turlarının nəticəsində yalnız 20 startap finala vəsiqə qazanıb. 15 avqustda Astanada keçiriləcək finalda isə cəmi 3 qalib seçilərək Startup Battlefield 200 səhnəsinə birbaşa keçid əldə edəcək.

Polygraf AI — Azərbaycanın süni intellekt innovasiyası
Polygraf AI-nin xüsusi hazırlanmış Kiçik Dil Modelləri (SLM) agentləri süni intellekt təhlükəsizliyi sahəsində mühüm texnoloji irəliləyişlərdən biridir. Böyük Dil Modellərindən (LLM) fərqli olaraq, SLM-lər daha az hesablama resursu tələb edir və məlumat təhlükəsizliyi risklərini azaldır. Polygraf AI-nin SLM texnologiyası müəssisələrin daxili infrastrukturuna inteqrasiya edilərək, məlumat sızmalarının və AI əsaslı fırıldaqçılığın qarşısını almağa kömək edir.
Şirkətin təsisçisi Yaqub Rəhimov, maliyyə texnologiyaları və süni intellekt sahəsində beynəlxalq təcrübəyə malikdir. O, ABŞ-da bir sıra uğurlu layihələr reallaşdırıb və “Polygraf AI” ilə qlobal miqyasda informasiya təhlükəsizliyi problemlərinə innovativ həllər təqdim etməyi hədəfləyir.
Bu il Polygraf AI dünyanın ən nüfuzlu innovasiya yarışlarından biri olan SXSW Pitch 2025-də bütün kateqoriyalar üzrə ən yaxşı startap seçilərək "Best in Show" mükafatını qazanıb.
Şirkətin baş ofisi Austin, Texasda yerləşir.
TechCrunch Road 2 Battlefield 2025 finalçıları
Azərbaycan: Polygraf AI
Gürcüstan: QuickShipper
Qazaxıstan: Mirai Tech, NeuroGuard AI, FabStory AI, Investbanq, ARLAN BIOTECH, Snory, Biometric.vision
Qırğızıstan: Hi Doctor Ltd.
Monqoliya, Tacikistan, Türkmənistan: SEM Technologies LLC
ABŞ: Surfaice
Türkiyə: Pikare SkySource
Özbəkistan: Mila4AI, HaWoO2, LYDYA, ZERO WASTE, Jobster.hr
Növbəti hədəf — Silikon Vadisi
15 avqust 2025 tarixində keçiriləcək final “Polygraf AI” üçün beynəlxalq tanıtım və sərmayə imkanları baxımından əvəzsiz şansdır. Qaliblər TechCrunch Disrupt 2025 çərçivəsində Silikon Vadisinin ən böyük startap səhnəsində — Startup Battlefield 200-də çıxış edəcəklər.
Aydın
Əlaqəli Xəbərlər
Vençur dünyasına bələdçi: biznes-mələklər kimlərdir?
"Aurora Tech Award 2026" mükafatı üçün müraciətlərin qəbulu başlayıb
Azərbaycan startapı ev heyvanlarına qulluq bazarını necə dəyişir? - "Dosty"
EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026