Redaktor
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar açıqlandı - SİYAHI
Azərbaycanda cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının qiymətlərində müşahidə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ucuzlaşma yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edilir ki, 2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.6 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107.3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026