Aida Ramiz
PR meneceri
Bir gün mənə belə bir sual verdilər:
- “Aida, bacarıqlarımızı necə brendə, sonra isə brend kapitalına çevirə bilərik?”
Sadə görünsə də, bu sual məni xeyli düşündürdü. Çünki əslində bacarıqlar hamımızın ən görünməz sərmayəsidir. Onlar nə bank hesabında görünür, nə də daşınmaz əmlak kimi əlimizdədir. Amma bacarıqlar o qədər güclüdür ki, illərlə qurduğumuz karyeranı da, adımızı da, nüfuzumuzu da onların üzərində formalaşdırırıq.
Hər bacarıq bir toxumdur
Təsəvvür edin: siz yaxşı yazırsınız. Əvvəlcə bu, sadəcə məktəb inşasında işinizə yarayır. Sonra universitetdə seminar təqdimatını daha maraqlı edirsiniz. Daha sonra bir press-reliz yazırsınız və insanlar deyir: “Sən bunu yaxşı bacarırsan.” Günlərin birində isə artıq sizin adınız “yaradıcılıq bacarığı güclü olan insan” kimi çəkilir.
Hər bacarıq əslində bir toxumdur. Onu torpağa atanda balaca görünür, amma su, işıq və qayğı ilə böyüyür. Bacarıqlarımız da belədir: tətbiq olunduqca, paylaşdıqca, cilalandıqca böyüyür və bir gün bizim "brend kapitalı"mıza çevrilir.
Könüllülükdən "brend"ə gedən yol
Mən özüm də bu yolu könüllülükdən başlamışam. Gənc yaşlarımda tədbirlərdə könüllü işləyirdim - qeydiyyat aparır, oturma planı düzəldir, press-reliz yazır, bəzən isə ən sadə işləri görürdüm. O vaxt bunlar mənim üçün sadəcə təcrübə idi. Amma illər keçdikcə gördüm ki, həmin bacarıqlar məni yavaş-yavaş irəli aparır.
Əvvəlcə tədbirlərdə daha çox məsuliyyət götürməyə başladım. Sonra layihələrə rəhbərlik etdim. Daha sonra isə öz şirkətimi - "PR Point"i qurdum. İndi həm şəxsi "brend"im var, həm də başqalarının "brend"ini böyütməyə kömək edirəm.
Bugünkü işim - illər əvvəl könüllülükdən qazandığım kiçik bacarıqların böyüyərək "brend kapitalı"na çevrilməsinin nəticəsidir.
Bacarıqların kapitala çevrilməsinin 3 addımı
Mənim müşahidələrimə görə, bu yolun üç əsas mərhələsi var:
Bacarıqlarınızı davamlı işlədin. Onları bir dəfə yox, hər gün tətbiq etməlisiniz. Davamlılıq bacarığı möhkəmləndirir.
Bildiklərinizi paylaşın. Əgər paylaşmasanız, o bacarıq sadəcə sizin üçün qapalı sərvət olaraq qalacaq. Sosial mediada yazmaq, təqdimatlar etmək, öyrətmək - bütün bunlar paylaşmaqdır. Paylaşdıqca insanlar sizi tanıyır və sizə güvənməyə başlayır.
Dəyər yaradın. Bacarıqlar başqalarının problemini həll etməyə başlayanda onlar real dəyərə çevrilir. Bu zaman bazarda qiymət qazanır və brend kapitalın bir hissəsinə çevrilir.
"Brend kapitalı" nədir?
Mənim üçün "brend kapitalı" - insanların sizin adınızı eşidəndə ağlına gələn ilk fikirdir. Bu, görünməzdir, amma hər kəs onu hiss edir.
Məsələn, kimsə “Aida Ramiz” deyəndə ağla PR və şəxsi brendinq gəlirsə, bu, təsadüfi deyil. Çünki mən illərlə öyrəndiyim bacarıqları tətbiq etmişəm, paylaşmışam və onları başqalarına dəyər yaradan formaya salmışam. Artıq bu bacarıqlar sadəcə şəxsi bilik deyil, mənim "brend kapitalı"mdır.
Bacarıqlar - ən güclü investisiyadır
Pul dəyərdən düşə bilər, daşınmaz əmlak ucuzlaşa bilər, amma bacarıqlar daim dəyərini artırır. Hər dəfə tətbiq etdikcə onun “faizi” böyüyür. Mənim yolum bunun ən böyük sübutudur.
Könüllülükdən başladım, amma bacarıqlarımı qoruyub, inkişaf etdirib, paylaşaraq bu gün öz işimin sahibi oldum. Hər kəsin əlində belə bir imkan var. Sadəcə olaraq bacarıqları gözdən itirmədən istifadə etmək, cilalamaq və dəyərə çevirmək lazımdır.
Bir gün geri dönüb baxanda görəcəksiniz: sizin bütün "brend kapitalı"nız - məhz bacarıqlarınızdan yaranıb.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026