Redaktor
Bank işçisi seçilərkən nələrə diqqət edilir?
"Baza maliyyə təhsili vacibdir. Çünki istənilən vəzifədə hesabatların hazırlanması, təhlillərin aparılması və risklərin qiymətləndirilməsi ilə qarşılaşmaq mümkündür".
Bunu Valyuta.az-a müsahibəsində müxtəlif illərdə “AccessBank” və “Rabitəbank”da İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışmış Fəzilə Əsgərova deyib:
“Bu baxımdan, elementar riyazi biliklərə malik olmayan şəxsin bank sektorunda uğurlu fəaliyyət göstərməsi kifayət qədər çətindir. Maliyyə təhsili olmasa da, maliyyə yönümlü düşüncə tərzinə və güclü analitik bacarıqlara malik insanlar da var. Bu şəxslər sahədə uğur qazana bilirlər.
Bu gün demək olar ki, bankların 99%-də işə qəbul prosesinin ilkin mərhələsində namizədlər yazılı testlərdən keçirlər. Həmin testlər əsasən namizədin riyazi və məntiqi biliklərini qiymətləndirir. Növbəti mərhələyə isə bu testlərdən uğurla keçən şəxslər dəvət olunur. Onların arasında həm maliyyə ixtisası üzrə ali təhsil almış, həm də fərqli sahələr üzrə təhsil almasına baxmayaraq güclü riyazi biliklərə sahib olan namizədlər olur".
"Bank sektorunda işəgötürənlərin xüsusi diqqət yetirdiyi bir məqam da var. Bank rəhbərləri ilk növbədə bilmək istəyirlər ki, bu şəxsə şirkətin və müştərilərin məlumatlarını etibar etmək olarmı? Yəni namizədin texniki bilikləri, davranışı və şəxsi keyfiyyətləri qiymətləndirilməzdən əvvəl işəgötürən məhz bu suala cavab tapmağa çalışır. Əgər həmin etimad formalaşırsa, namizəd növbəti mərhələyə keçid əldə edir.
Bundan sonra isə texniki biliklərə və şəxsi keyfiyyətlərə diqqət yetirilir. Çünki bu şəxs fərdi deyil, komanda daxilində çalışacaq. Komandada fərqli xarakter və yanaşmalara malik insanlar olur və onların bir-birinə dəstək verməsi vacibdir. Buna görə də güclü ünsiyyət bacarıqlarına malik namizədlərə daha çox üstünlük verilir”, - deyə F. Əsgərova vurğulayıb.
MÜSAHİBƏNİN TAM MƏTNİNİ BURADAN OXUYUN.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026