Bankların istehlak kreditlərini yüksək faizlə verməsinin səbəbi var

Redaktor

10.06.2026 09:00
451

Bankların istehlak kreditlərini yüksək faizlə verməsinin səbəbi var - Ekspert

Banklarda istehlak kreditləri üzrə faiz dərəcələri fərqlənir və bəzi banklarda bu göstərici daha yüksəkdir. Bu isə sual yaradır: kredit faizlərinin yüksək olması həmin bankın maliyyə vəziyyətinin zəif olduğunu göstərir?

İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirib ki, istehlak kreditləri üzrə yüksək faiz dərəcəsi bankın maliyyə vəziyyətinin zəif olması demək deyil: "Faizlərin formalaşmasına risklər, bankın strategiyası, cəlb etdiyi vəsaitlərin dəyəri və bazardakı rəqabət şəraiti təsir göstərir. Faiz pulun qiymətidir və bazarda hər məhsulun qiyməti fərqli olduğu kimi, pulun da qiyməti müxtəlif amillərdən asılı olaraq dəyişir. Məsələn, bazarda bir məhsul daha ucuz, digəri isə daha baha satıla bilər. Bu fərq məhsulun keyfiyyəti, təqdimat forması və bazar şərtləri ilə əlaqədardır. Kredit faizlərində də oxşar vəziyyət müşahidə olunur".

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah  edir » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Onun sözlərinə görə, istehlak kreditləri üzrə faizlərin ipoteka və biznes kreditləri ilə müqayisədə daha yüksək olmasının əsas səbəbi risk faktorudur: "Belə ki, istehlak kreditlərində geri qaytarılmama riski daha yüksək olduğundan banklar bunu faiz dərəcələrində nəzərə alırlar. İstehlak kreditlərinin özündə də təminatlı və təminatsız kreditlər arasında faiz fərqi mövcuddur. Müştərinin kredit tarixçəsi, gəlirlərinin sabitliyi, iş yerinin davamlılığı və digər göstəricilər kreditin faiz dərəcəsinə birbaşa təsir göstərir".

İqtisadçı əlavə edib ki, banklar arasında faiz fərqlərinin yaranmasının əsas səbəblərindən biri də rəqabət mühitidir: "Müştəri bir bankın təklif etdiyi şərtləri sərfəli hesab etmədikdə, digər bankın təklifinə üstünlük verə bilir. Bu da bazar iqtisadiyyatının təbii tələblərindən irəli gəlir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...