BDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək

Redaktor

19.06.2026 12:01
127

BDU-nun iki obyektinə 10 milyon manat xərclənəcək

Bakı Dövlət Universitetinin iki binasında tikinti işlərinin davam etdirilməsinə 10 milyon manatdan çox vəsait ayrılıb.

Valyuta.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazanxana binası və “Yüksək Texnologiyalar Mərkəzi”nin inzibati binası üzrə dayandırılmış tikinti işlərinin davam etdirilməsi məqsədilə satınalma müqaviləsi bağlanıb.

Satınalmanın qalibi "Leading Construction Company" MMC olub. Müqavilənin dəyəri 10 milyon 87 min 80 manat təşkil edir.

Məlumata görə, vəsait hər iki obyekt üzrə yarımçıq qalmış tikinti işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...