Böyrək müalicəsini rəqəmsallaşdıran startap

Redaktor

19.06.2026 10:09
149

Böyrək müalicəsini rəqəmsallaşdıran startap

ABŞ-da xroniki böyrək xəstəliklərinin idarə olunmasında hələ də faks və elektron cədvəllərdən istifadə edilir. Sietldə fəaliyyət göstərən "Apacendo Health" startapı isə bu prosesi süni intellekt vasitəsilə rəqəmsallaşdırmağı hədəfləyir.

Valyuta.az xəbər verir ki, hər il ABŞ-da 130 mindən çox insan böyrək çatışmazlığının son mərhələsinə çatır. Ölkədə 37 milyon nəfərin xroniki böyrək xəstəliyindən əziyyət çəkdiyi təxmin edilir və onların 90 faizi xəstəlikdən xəbərsizdir.

Startapın həmtəsisçisi Conatan Lin (Jonathan Lin) bildirib ki, bir çox nefrologiya klinikalarında mühüm xəstə məlumatları hələ də faksla göndərilir, laboratoriya nəticələri müxtəlif sistemlərdə saxlanılır və əməkdaşlar məlumatları elektron tibbi qeydlərə əl ilə daxil edirlər.

"Apacendo Health" tərəfindən hazırlanmış süni intellekt əsaslı platforma daxil olan sənədləri avtomatik emal edir, məlumatları çeşidləyir və gündəlik inzibati işləri sürətləndirir.

Gündə təxminən 60 faks qəbul edən kiçik klinikalarda bu texnologiya hər gün beş saata qədər iş vaxtına qənaət etməyə imkan verir.

ABŞ-da xroniki böyrək xəstəliklərinin idarə olunmasına hər il 150 milyard dollardan çox vəsait xərclənir. Bunun 50 milyard dollardan çoxu dializ xidmətlərinin payına düşür.

2025-ci ildə təsis edilən "Apacendo Health" hazırda ABŞ üzrə dörd nefrologiya klinikası ilə əməkdaşlıq edir. Şirkət indiyədək "Science Fair Fund" və fərdi investorlar tərəfindən maliyyələşdirilsə də, investisiya məbləği açıqlanmayıb.

Startapın uzunmüddətli məqsədi yüksək risk qrupunda olan xəstələri daha erkən müəyyən etmək, xəstəxanaya yerləşdirmələrin sayını azaltmaq və böyrək xəstəliklərinin inkişafını ləngitməkdir.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...