Aida Ramiz
PR və kommunikasiya üzrə ekspert
Son illər influenser marketinq brendlər üçün həm fürsət, həm də sual işarəsinə çevrilib. Bir vaxtlar sürətli satış və geniş görünürlük vəd edən bu model bu gün əvvəlki effekti vermir.
Səbəb isə sadədir: bazar dəyişib, izləyici dəyişib, etibar anlayışı dəyişib.
Bir müddət əvvəl influenser marketinq mexanizmi olduqca sadə işləyirdi. Məhsul göndərilir, paylaşım edilir, “çox bəyəndim” yazılır və proses tamamlanırdı. Bu model müəyyən dövr üçün nəticə verdi. Lakin zaman keçdikcə eyni dil, eyni vizual, eyni mesaj auditoriyada yorğunluq yaratdı.
Bu gün izləyici artıq reklamla şəxsi tövsiyə arasındakı fərqi aydın şəkildə görür. Eyni influenserin qısa müddət ərzində bir-birinə zidd məhsulları “ən yaxşı seçim” kimi təqdim etməsi etibarın zəifləməsinə səbəb olub. İzləyici artıq paylaşımı deyil, paylaşımın arxasındakı motivi oxuyur.
Xüsusilə “pulsuz məhsul + mexaniki paylaşım” yanaşması 2026-cı ilə gedən yolda təsirini itirir. Eyni məhsulun onlarla profildə oxşar cümlələrlə təqdim edilməsi kontenti reklama çevirir. Reklam isə artıq gizlənmir, tanınır və filtrdən keçirilir.
Qlobal marketinq araşdırmaları göstərir ki, auditoriya influenserlərdən yox, səmimiyyətsiz ünsiyyətdən uzaqlaşır. İnsanlar real istifadə, real fikir və real mövqe görmək istəyir. “Niyə bu brendi seçdim?”, “mənim həyatımda nəyi dəyişdi?” kimi suallar cavab tapmayanda paylaşım təsirsiz qalır.
2026-cı ildə influenser marketinqin əsas dəyişiklik nöqtəsi kəmiyyət anlayışının zəifləməsidir. Artıq izləyici sayı əsas göstərici hesab edilmir. Daha vacib olan influenserin auditoriyası ilə uyğunluğu, mövzu üzrə mövqeyi və etibarlılıq səviyyəsidir. Kiçik, amma düzgün auditoriyaya malik profillər daha effektiv nəticə verir.
Digər mühüm dəyişiklik kontent dilində baş verir. Reklam dili yerini hekayə və təcrübə dilinə verir. Auditoriya məhsulun xüsusiyyətlərini yox, real həyatda necə istifadə olunduğunu bilmək istəyir. Bu yanaşma kontenti reklamdan tövsiyəyə çevirir.
Şəffaflıq da artıq seçim deyil, bazar standartıdır. Ödənişli və ya barter əsaslı əməkdaşlıqların açıq şəkildə qeyd olunmaması etibar itkisini daha da sürətləndirir. İzləyici tövsiyənin haradan gəldiyini bilmədikdə, brendə və influenserə olan münasibət dəyişir.
Brendlər üçün əsas mesaj aydındır. İnfluenser marketinq 2026-cı ildə sürətli satış mexanizmi deyil. Bu, reputasiya və etibar strategiyasının bir hissəsidir. İnfluenseri sadəcə paylaşım edən tərəf kimi görmək artıq yetərli deyil. Uğurlu əməkdaşlıq tərəfdaşlıq üzərində qurulmalıdır.
Bu prosesdə influenser brendin səsini mexaniki şəkildə təkrarlamamalı, onu öz dili, öz təcrübəsi və öz mövqeyi ilə təqdim etməlidir. Məhz bu zaman kontent inandırıcı olur və auditoriya ilə real bağ qurulur.
İnfluenser marketinq ölməyib. Sadəcə daha yetkin mərhələyə keçib. 2026-cı ildə bu sahədə əsas kapital satış göstəriciləri yox, etibardır. Etibar isə yalnız davamlılıq, səmimiyyət və düzgün strategiya ilə formalaşır.
Bu reallığı nəzərə almayan brendlər nə qədər görünür-görünsün, uzunmüddətli təsir baxımından zəifləməyə davam edəcək.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026