Redaktor
İş yerində dedi-qodu yayan həmkarlarla mübarizə aparmağın yolları
"Əgər iş yerində həmkarlarınız sizin haqqınızda dedi-qodu yayırsa, ən yaxşı çıxış yolu buna reaksiya verməmək və yayılan məlumatları təkzib etməyə çalışmamaqdır".
Bunu Gazeta.ru-ya rusiyalı psixoloq Leonid Nerovnı bildirib.
Onun sözlərinə görə, dedi-qodu dedikdə kollektiv daxilində və tanışlar arasında bir şəxs haqqında, adətən onun nüfuzuna xələl gətirə biləcək xarakter daşıyan şəxsi məlumatların yayılması nəzərdə tutulur.
"Əgər dedi-qodunun qurbanına çevrilmisinizsə, özünüzə bəraət qazandırmağa çalışmayın. Bu, yalnız dedi-qodu yayanları daha da həvəsləndirəcək. Əgər söhbət həmkarınız haqqında gedirsə, belə müzakirələri dəstəkləməyin və ən əsası, eşitdiklərinizi başqalarına ötürməyin. Dedi-qodunun iştirakçısına çevrilməyin", - deyə o bildirib.
Mütəxəssis dedi-qodu mənbəyinin etibarını sarsıtmağın mümkün olduğunu da qeyd edib. Bunun üçün həmin şəxsə qəsdən yanlış məlumat verməyi və sonradan onu təkzib etməyi məsləhət görüb.
"Fərz edək ki, həmkarınız sizinlə "səmimi söhbət" zamanı hansısa şəxsin haqqınızda xoşagəlməz sözlər dediyini bildirir. Onu dinləyin, bir qədər fasilə verin və belə cavab verin: "Əgər o, mənim haqqımda belə danışırsa, görəsən sənin haqqında nə deyir?" Bununla siz göstərmiş olursunuz ki, dedi-qodu yayan şəxs özü də müzakirə obyektinə çevrilə bilər. Əgər dedi-qodu sizin haqqınızda deyilsə, lakin mənbənin kim olduğunu bilirsinizsə, ona bilərəkdən yalan məlumat verin. Qoy həmin məlumatı başqalarına ötürsün, siz isə münasib vaxtda bunu açıq şəkildə təkzib edin", - deyə Nerovnı izah edib.
Psixoloqun sözlərinə görə, təşkilatda çoxlu şayiələrin dolaşması rəhbərliklə əməkdaşlar arasında kommunikasiya problemlərinin mövcudluğundan xəbər verir.
©Oxu.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026