Redaktor
"Liderlər menecerdən çox bağban rolunu yerinə yetirir"
Bir insanı lider edən nədir? Bu sual uzun illərdir iclas otaqlarında, ofislərdə və biznes məktəblərində geniş müzakirə olunur. Effektiv liderlər təşkilatda sağlam mühit yaradaraq mövcud resurslardan səmərəli istifadə edir və rəhbərlik etdikləri insanların potensialını inkişaf etdirirlər.
Valyuta.az xəbər evrir ki, elit komandalarında liderlər menecerdən çox bağban rolunu yerinə yetirirlər.
Onlar öz vəzifələrini insanların inkişaf edib potensiallarını reallaşdırmaları üçün uyğun şərait yaratmaq kimi qiymətləndirirlər. Bu proses, eyni zamanda, uyğun olmayan şəxslərin uzaqlaşdırılmasını və təşkilatın düzgün formalaşdırılmasını da əhatə edir. Bununla belə, yüksək səviyyəli liderlər əsas diqqəti insanların inkişafına yönəldirlər.
“Attributes Incorporated” şirkətinin təsisçisi Riç Diveni (Rich Diviney) iştirak etdiyi proqramda liderliklə bağlı sualları cavablandırıb.
Qeyd edək ki, o, 20 ildən artıq müddətdə “Navy SEALs” bölmələrində rəhbər vəzifələrdə çalışıb və hazırda bu təcrübəni şirkətlərə, idman komandalarına və fərdi liderlərə tətbiq edir. Onun “Masters of Uncertainty” adlı kitabı qeyri-müəyyən mühitlərdə liderlərin davranışlarını araşdırır.
Müsahibə zamanı o, liderliyə dair aşağıdakı fikirləri bölüşüb:
Liderin rolu nədir?
Liderin əsas rolu uğur, inkişaf və rifah yaradan mühit formalaşdırmaqdır. Bu mühit nümunə göstərmək, mədəniyyət qurmaq, davranışları formalaşdırmaq və istənilən davranışları nümayiş etdirən şəxsləri təşviq etməklə yaradılır.
Hər bir liderin bilməli olduğu ən vacib məqam nədir?
Liderlik vəzifə deyil, davranışdır. İnsanlar səni vəzifənə görə deyil, davranışına görə lider kimi qəbul edirlər. Liderlər nə doğulur, nə də sonradan hazırlanır — onlar davranışlarına görə seçilirlər.
Ən vacib vərdişiniz nədir?
Ən vacib vərdiş səmimi və müntəzəm özünüdərketmədir. İnsan öz davranışlarını və nəticələrini davamlı qiymətləndirməli, güclü və zəif tərəflərini müəyyən etməli və inkişaf istiqamətlərini aydın şəkildə görməlidir.
Effektiv komanda qurmaq üçün əsas amil nədir?
Əsas amil etimaddır. Etimad olmadan komanda dayanıqlı ola bilməz. İlham dəyişkəndir, lakin etimad sabit və davamlı olmalıdır.
Liderlərin ən çox etdiyi səhv nədir?
Davranış görünür, niyyət isə görünmür. Liderlər yaxşı niyyətlə hərəkət etsələr belə, bu niyyət düzgün ifadə olunmadıqda davranışları yanlış başa düşülə bilər. Buna görə şəffaf ünsiyyət vacibdir.
Pis xəbəri çatdırmağın ən doğru yolu nədir?
Empatiya ilə. Qarşı tərəfin vəziyyətini anlamaq, onun baxış bucağını nəzərə almaq və məlumatı diqqətlə, inkişaf məqsədi ilə çatdırmaq lazımdır.
Son vaxtlar hansı məsələdə fikriniz dəyişib?
Məhdudlaşdırıcı inanclarla bağlı düşüncələrimi dəyişmişəm. İnsanlar tez-tez fərqində olmadan özlərini məhdudlaşdıran düşüncələrə sahib olurlar. Bu düşüncələri müəyyən edib dəyişmək inkişaf üçün vacibdir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026