Redaktor
“Odyssey” 1,45 milyard dollar dəyərləndirmə ilə 310 milyon dollar investisiya cəlb edib
Real dünyanı kompüter mühitində kopyalaya bilən süni intellekt texnologiyaları hazırlayan “Odyssey” startapı 310 milyon dollar investisiya cəlb edib. Şirkətin 310 milyon dollarlıq B seriyası investisiya raunduna “Natural Capital” rəhbərlik edib.
Valyuta.Az xəbər verir ki, ABŞ mərkəzli “Odyssey”nin investisiya raundunda “Amazon”, “AMD Ventures”, “Google Ventures”, Ceff Din (Jeff Dean), Qarri Tan (Garry Tan), Elad Gil və Kayl Voqt (Kyle Vogt) da iştirak ediblər.
2023-cü ildə qurulan şirkətin dəyərləndirməsi bu investisiyadan sonra 1,45 milyard dollara yüksəlib. “Odyssey” bildirib ki, yeni investisiyanı süni intellekt əsaslı “world model” texnologiyasının inkişaf etdirilməsi, daha geniş məlumat toplama və simulyasiya infrastrukturlarının qurulması, həmçinin modellərinin xüsusilə “AWS” üzərində miqyaslandırılması üçün istifadə edəcək.
Oliver Kameron (Oliver Cameron) və Ceff Houk (Jeff Hawke) tərəfindən qurulan şirkət “world model” adlandırılan süni intellekt sistemləri hazırlayır. Bu sistemlər yalnız mətn yaratmaqla kifayətlənmir, həm də fiziki dünyadan toplanan məlumatlardan istifadə edərək real dünyanın rəqəmsal mühitdə simulyasiya edilməsini hədəfləyir. Məqsəd obyektlərin hərəkətlərini, mühitləri və fizika qanunlarını daha real şəkildə modelləşdirə bilən süni intellekt sistemləri yaratmaqdır.
Şirkət bu texnologiyadan xüsusilə oyun inkişafı, robototexnika və interaktiv məzmun istehsalı kimi sahələrdə istifadə edir. Mətn əmrləri əsasında video və ya virtual səhnələr yarada bilməsi ilə seçilən texnologiya həm əyləncə sektoruna, həm də sənaye simulyasiyalarına yönəlmiş yeni nəsil generativ süni intellekt infrastrukturu təqdim edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026