Özünü müflis elan edərək kredit borcunu sildirmək mümkündürmü?

Redaktor

23.02.2026 15:20
629

Özünü müflis elan edərək kredit borcunu sildirmək mümkündürmü? - Ekspert izah edir

Kredit götürmək asandır, amma onu ödəmək həmişə mümkün olmur. Əvvəlcə hər şey qaydasında görünür: aylıq ödənişlər planlanır, gəlirlər kifayət edir. Lakin zamanla gözlənilməz hallar ortaya çıxır – iş itkisi, gəlirin azalması, sağlamlıqla bağlı xərclər və ya sadəcə həyat şərtlərinin dəyişməsi. Bəzən insan bütün imkanlarını səfərbər etsə də, borcun altından çıxmaq mümkün olmur. 

Bəs müflisləşən şəxs müflisləşmə elan edərək kredit borcunu sildirə bilərmi?

Bank eksperti Əkrəm Həsənov Valyuta.az bildirdi ki, Azərbaycanda vətəndaşın özünü müflis elan etməsi mexanizmi mövcud deyil:

"Əvvəllər bu norma “Müflisləşmə və iflas haqqında” qanunda nəzərdə tutulmuşdu, lakin 2019-cu ildə qanunvericilikdən çıxarılıb. Buna baxmayaraq, əksər ölkələrdə, o cümlədən Azərbaycanın qonşu dövlətlərində fiziki şəxslərin müflis elan olunması mexanizmi tətbiq edilir. Hər bir halda, vətəndaş borc öhdəliyini yerinə yetirə bilmədikdə, qanunvericiliyə əsasən öz əmlakı ilə cavabdehlik daşıyır. Əmlakı və rəsmi gəliri olmadıqda isə məcburi icra tədbirlərinin tətbiqi faktiki olaraq mümkün olmur".

"Təcrübədə bəzi hallarda icra məmurlarının vətəndaşları həbs, cərimə və ya ölkədən çıxışa məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı xəbərdar etməsi müşahidə olunsa da, bu tədbirlər qanunla nəzərdə tutulmadıqda onların tətbiqi hüquqi əsas daşımır. Eyni zamanda, qeyd olunan mexanizmlər bir sıra xarici ölkələrin qanunvericiliyində mövcuddur" - deyə Ə.Həsənov qeyd edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...