Redaktor
Rəhbər vəzifələrə itaətkar şəxslər gətirilir?
Son vaxtlar sosial mediada belə bir fikir tez-tez səsləndirilir: rəhbər vəzifələrə daha çox itaətkar və tabe olan şəxslərin seçildiyi, müstəqil düşünənlərin isə kənarda qaldığı iddia olunur. Bəzi paylaşımlarda bu yanaşma real iş təcrübəsinə əsaslanan problem kimi təqdim edilir.
Bu isə mühüm bir sual doğurur: rəhbər seçimi prosesində həqiqətən “itaətkarlıq” əsas meyar kimi çıxış edir, yoxsa bu fikir daha çox subyektiv müşahidələrə əsaslanır?
Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov bildirib ki, rəhbərə itaətkarlıq məsələsi yalnız rəhbərlə məhdudlaşmır, bu yanaşma komandanın bütün üzvlərinə aiddir:

"İlk növbədə, hər bir komanda üzvü şirkətin əsas dəyərlərinə və prinsiplərinə uyğun olmalıdır. Yalnız bu halda sağlam və peşəkar iş mühitindən danışmaq mümkündür. Digər tərəfdən, tənqidi yanaşmaların və fərqli fikirlərin olması da böyük əhəmiyyət kəsb edir. Əgər komanda üzvləri rəhbərliyin bütün fikirlərini qeyd-şərtsiz dəstəkləyirsə, bu, şirkətin inkişafına töhfə verməz. Buna görə də sağlam və konstruktiv tənqid, eləcə də səmərəli rəy mühiti vacibdir. Bu cür yanaşma inkişafı stimullaşdırır. Lakin tənqid mütləq şəkildə əsaslandırılmış və konstruktiv olmalıdır. Əsassız etirazlar, davamlı neqativ yanaşma və hər məsələyə tənqidi münasibət sərgiləmək qəbulolunan davranış hesab edilmir. Nəticə etibarilə, kor-koranə itaətkarlıq şirkət üçün faydalı deyil. İşçilər şirkətin dəyərlərinə uyğun olmalı, eyni zamanda fərqli düşündükləri məqamları açıq şəkildə ifadə etməlidirlər. Bunun üçün təşkilatda sağlam və konstruktiv rəy mühiti formalaşdırılmalıdır ki, səsləndirilən fikirlər şəxsi qəbul edilməsin və düzgün qiymətləndirilsin. Eyni zamanda, qərar qəbul edildikdən sonra, əvvəlcədən fərqli mövqe sərgiləmiş əməkdaşlar da qərarın icrasına yönəlməli, hər kəs "əlini daşın altına qoymalıdır".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026