Redaktor
"Rəhbərin işçilərlə həddindən artıq səmimiliyi sui-istifadə hallarına səbəb ola bilər"
İdarəetmədə elə bir görünməz sərhəd var ki, onu keçmək rəhbəri komandanın sevimlisinə çevirə bilər, amma eyni zamanda onun bütün nüfuzunu bir anda yerlə-yeksan edə bilər. Bir çox rəhbər "səmimiyyət" adlı bu təhlükəli körpüdən keçərkən tarazlığı itirir.
Bəs rəhbərin işçi ilə çox səmimi olması hansı fəsadlara gətirib çıxara bilər?
İnsan Resursları üzrə mütəxəsis İlkin Mirzəzadə Valyuta.az-a bildirir ki, iş və şəxsi həyat balansı rəhbər heyət tərəfindən mütləq şəkildə düzgün qurulmalıdır:
"Bu məsələdə xüsusilə işçilərlə davranış mühüm əhəmiyyət daşıyır. Çünki bəzi hallarda əməkdaşların bir qismi ilə səmimi münasibət qurulması, digərləri ilə isə bu münasibətin olmaması gələcəkdə müəyyən fəsadlara səbəb ola bilər. Bu cür yanaşma sui-istifadə hallarına, işə gecikmələrə və intizam problemlərinə gətirib çıxara bilər. Eyni zamanda, iş mühitində mənfi motivasiya atmosferinin formalaşmasına da səbəb ola bilər. Bununla yanaşı, iş və şəxsi həyat balansının düzgün qurulması vacibdir. Təbii ki, iş yerlərində dostluq münasibətləri yarana bilər, insanlar bir-biri ilə yaxın ünsiyyət qura, hətta iş yerində tanış olaraq ailə qura bilərlər. Lakin bu münasibətlərin balansı qorunmalıdır. İş yerində rəhbər və işçi arasında peşəkar münasibətlər əsas götürülməlidir. Şəxsi münasibətlər isə iş mühitindən kənarda daha sərbəst şəkildə inkişaf etdirilə bilər".

Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026