Sahibkar 17 000 manat istəyirdi, dedim 12 000-dən baha sata bilməzsən
Şəmsi Bayramzadə
"Holberton School Azerbaijan"ın CEO-su, Biznesin inkişafı meneceri
Çox vaxt satış elanlarında biznes əvvəlcə yüksək qiymətə təklif olunur, lakin alıcı tapılmadıqca qiymət mərhələli şəkildə aşağı salınır.
Bu proses isə həm biznesin bazar dəyərinə mənfi təsir göstərir, həm də potensial alıcılarda “qiymət daha da enə bilər” düşüncəsini yaradır. Eyni zamanda, qiymətin azalması bəzən həmin biznesin əvvəl təqdim edildiyi dəyərdə olmadığını da düşündürür.
Satılan biznesin qiymətləndirilməsi necə olmalıdır?
İlk olaraq qeyd edim ki, Azərbaycanda satışa çıxarılan bizneslərin əksəriyyəti kiçik bizneslərdir. Yəni böyük aktivlərə malik deyillər. Bu tip bizneslərin dəyəri adətən belə avadanlıqların ikinci əl qiyməti+orta aylıq qazancın 6 misli kimi hesablanır.
Amma qazanca işləməyən kiçik bizneslərdə bu metod dəyişir. Bu halda qiymət əsasən avadanlığın dəyəri + 2-3 min manat səviyyəsində müəyyənləşir.
Məsələn, bir dəfə şirniyyat obyektlərindən birində avadanlıq təxminən 10 500 manat dəyərində idi. Sahibkar isə 17 000 manat istəmişdi. Mən ona dedim ki, 12 000 manatdan baha sata bilməzsən. Təxminən bir ay sonra eyni elan 12 500 manat qiymətlə yenidən yerləşdirilmişdi.
Digər bir metod isə belədir: "Bu işi kimsə sıfırdan qurarsa, ilk 6 ayda nə qədər xərc çəkəcək?"
Əgər bir müəssisəniz varsa və bu işi kimsə yenidən qurmaq istəsə, satış edən şəxsin qurduğu sistemi yaratmaq üçün azı 6 ay vaxt sərf olunacaqsa, bu halda avadanlıqdan başqa bütün xərclər hesablanır və elə həmin məbləğ əsasında qiymət formalaşdırılır.
Qazanclı və marka dəyəri olan biznes satılırsa, qiymət təyin edilərkən üzərinə bəlkə də 2 illik qazancı əvvəlcədən əlavə etmək olar. Bu zaman da diqqətli olmaq lazımdır. Ən çox edilən yanlışlıq, satışları birbaşa sahibkarın şəxsi əlaqələrindən asılı olan biznesi almaqdır. Məsələn, toy bəzək işləri görən bir firma bütün satışını sahibkarın birbaşa kontaktları ilə həyata keçirirsə, bu biznesi kim alarsa, uğursuz olma ehtimalı yüksəkdir.
Burada əsas sual budur: Aldığım biznesin brendi mənə dəyər yaradırmı? Xərcimi azaldırmı? Satışıma təsiri olacaqmı?

Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026