Redaktor
Şirkətlərin telefon danışıqlarını avtomatlaşdıran “Bland” 50 milyon dollar investisiya cəlb edib
Süni intellekt dəstəkli səsli avtomatlaşdırma təşəbbüsü “Bland” 50 milyon dollar investisiya cəlb edib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, şirkətin 50 milyon dollarlıq C seriyası investisiya raunduna “Dell Technologies Capital” rəhbərlik edib.
ABŞ mərkəzli “Bland”in investisiya raundunda “HubSpot Ventures”, “Archerman Capital”, “Tribeca Venture Partners”, “Emergence Capital Partners LP”, “Upfront Ventures”, “Scale Venture Partners LP”, “Y Combinator”, “Affirm Holdings”in həmtəsisçisi Maks Levçin (Max Levchin), “ElevenLabs”in həmtəsisçisi Pyotr Dombkovski (Piotr Dąbkowski) və “Twilio”nun həmtəsisçisi Ceff Louson (Jeff Lawson) iştirak ediblər.
2023-cü ildə yaradılan şirkətin indiyədək cəlb etdiyi ümumi investisiya məbləği 100 milyon dolları ötüb. “Bland” yeni investisiyanı süni intellekt mühəndisliyi komandasını genişləndirmək, tədqiqat fəaliyyətini sürətləndirmək və platformasını, xüsusilə tənzimlənən sektorlarda, daha geniş miqyasda istifadəyə təqdim etmək üçün istifadə edəcəyini açıqlayıb.
Ayzeia Qranet (Isaiah Granet) və Kris Plant (Chris Plant) tərəfindən təsis edilən platforma şirkətlərin telefon vasitəsilə həyata keçirdiyi ünsiyyət proseslərini süni intellekt vasitəsilə tam avtomatlaşdıran həllər hazırlayır. Platformanın əsas məqsədi zəng mərkəzlərində və müştəri əlaqələrində aparılan uzun və mürəkkəb danışıq proseslərini insan müdaxiləsi olmadan idarə etməkdir.
Şirkətin sistemi yalnız qısa və sadə əməliyyatlar üçün deyil, 30–45 dəqiqəyədək davam edən mürəkkəb danışıq prosesləri üçün də nəzərdə tutulub. Sistem səhiyyə sektorunda pasiyentlə danışaraq simptomları müəyyənləşdirmək, müvafiq istiqamətləndirmə aparmaq və ya maliyyə əməliyyatlarında müştərinin şəxsiyyətinin təsdiqlənməsi kimi prosesləri əvvəldən sona qədər idarə edə bilir.
“Bland”in əsas fərqləndirici xüsusiyyəti üçüncü tərəf süni intellekt modellərindən asılı olmamasıdır. Şirkət öz səs modellərini hazırlayır və bununla da real telefon danışıqlarında yaranan gecikmələr, danışıq axınının pozulması, fasilələr və qeyri-müəyyən cavablar kimi problemləri daha effektiv idarə etməyi hədəfləyir. Bu yanaşma sayəsində “Bland” səhiyyə, maliyyə, sığorta və digər tənzimlənən sektorlarda genişmiqyaslı zənglərin avtomatlaşdırılmasına fokuslanır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026