Redaktor
"SpaceX"in dəyəri 2,6 trilyon dollara yüksəlib, şirkət qısa müddətə "Amazon"u geridə qoyub
"SpaceX" qısa müddət ərzində "Amazon"u geridə qoyaraq dünyanın ən dəyərli beşinci şirkətinə çevrilib və hətta "Microsoft"un bazar dəyərinə yaxınlaşıb. Lakin çərşənbə axşamı ticarət sessiyasının sonuna yaxın şirkətin səhmləri əldə etdiyi qazancın bir hissəsini itirib.
Birjada yeni listinq olunan şirkətin səhmləri artıq bazar ertəsi - tam ilk ticarət günündə - 20 faiz bahalaşmışdı. Çərşənbə axşamı "SpaceX"in süni intellekt əsaslı proqramlaşdırma şirkəti olan "Cursor"u satın alacağı xəbəri və səhmlər üzrə opsion ticarətinin başlaması qiymətlərin daha da yüksəlməsinə səbəb olub. Nəticədə şirkətin bazar dəyəri qısa müddətə 2,9 trilyon dollara çatıb, daha sonra isə yenidən aşağı düşüb.
Bu artımın baş verməsi diqqət çəkir, çünki "SpaceX" ötən il 18,7 milyard dollar gəlir əldə etməsinə baxmayaraq 4,9 milyard dollar zərər açıqlayıb. Müqayisə üçün, "Amazon" 2025-ci ildə 717 milyard dollar satış həcmi fonunda 78 milyard dollar mənfəət əldə edib. Bununla belə, "SpaceX" son dövrlərdə "Anthropic" və "Google" ilə hesablama gücünün icarəsi üzrə yeni gəlir mənbələri formalaşdırıb. Həmçinin "Cursor"un əldə olunması üçün nəzərdə tutulan sövdələşmə üçüncü rübdə başa çatdıqdan sonra həmin şirkətin gəlirləri də "SpaceX"in maliyyə göstəricilərinə daxil ediləcək.
"Anthropic" və "Google" ilə bağlanmış razılaşmalar hüquqi baxımdan məcburi xarakter daşımır, lakin görünür, investorlar buna əhəmiyyət vermirlər. İlon Maskın kosmos və süni intellekt sahəsində fəaliyyət göstərən şirkəti cümə günü birjaya çıxdıqdan sonra bazar dəyərinə təxminən 1 trilyon dollar əlavə edib.
Bu əməliyyat nəticəsində "SpaceX" təxminən 86 milyard dollar yeni kapital cəlb edib. Bunun böyük hissəsi şirkətin gələcəkdə trilyonlarla dollar dəyərində süni intellekt biznesi yarada biləcəyi vədlərinə əsaslanır. Halbuki şirkət yaxın vaxtlarda öz süni intellekt bölməsini demək olar ki, tamamilə yenidən qurmağa başlamışdı.
"SpaceX" ilk dəfə aprel ayında "Cursor" ilə əməkdaşlıq etdiyini açıqlamışdı. Həmin vaxt İlon Mask bildirmişdi ki, artıq "SpaceX"in tərkibinə daxil olan onun süni intellekt şirkəti "xAI" ilk mərhələdə düzgün qurulmayıb və o, bu sistemi “tamamilə təməldən yenidən qurur”. "SpaceX" bu satınalmanı şirkət səhmləri ilə, təxminən 60 milyard dollar dəyərində həyata keçirir.
"SpaceX"in tarixi ilkin kütləvi səhm təklifi (IPO) zamanı şirkətin bazar dəyəri təxminən 1,7 trilyon dollar olaraq qiymətləndirilib və əməliyyat nəticəsində şirkət 86 milyard dollara yaxın vəsait cəlb edib. "SpaceX" ümumi səhmlərinin yalnız təxminən 4 faizini ticarət üçün açıq bazara çıxarıb. Ekspertlər bunun səhmləri kəskin qiymət dəyişikliklərinə daha həssas edəcəyini proqnozlaşdırırdılar.
Çərşənbə axşamı baş verənlər də bunu təsdiqləyib. Ticarət günü ərzində investorlar 300 milyondan çox "SpaceX" səhmini alıb-satıblar. Bu göstərici IPO-dan sonra açıq bazarda mövcud olan 555 milyon səhmin yarıdan çoxuna bərabərdir. Məlumat "Nasdaq" birjasının statistikalarına əsaslanır.
Yüksək dəyişkənlik birjadan sonrakı ticarət sessiyasında da davam edib. Həmin vaxt "SpaceX"in bazar dəyəri ikinci dəfə qısa müddətə "Amazon"un bazar kapitallaşmasını üstələsə də, daha sonra yenidən aşağı düşüb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026