Aida Ramiz
PR və kommunikasiya üzrə ekspert
ABŞ-da keçirilən "Forbes Under 30 Summit" 2026 mənim üçün sadəcə beynəlxalq tədbir deyildi. Bu, hazırda dünyanın hansı istiqamətə getdiyini canlı görmək idi. Açığı, ən çox diqqətimi çəkən texnologiyanın özü yox, ona olan münasibətin dəyişməsi oldu.
Sammit proqramında süni intellekt mövzusu xüsusi yer tuturdu. Amma burada AI heç kim tərəfindən “yenilik” kimi təqdim olunmurdu. Əksinə, çox təbii, artıq həyatın bir hissəsi kimi danışılırdı.
Çıxış edən spikerlər daha çox bu suallara fokuslanırdı: AI ilə nə edirik? Hansı problemi həll edirik? Bu texnologiya real dəyər yaradırmı?
Bir sessiyada səslənən fikir xüsusilə diqqətimi çəkdi: “AI artıq fərq yaratmır. Onu necə istifadə etdiyin fərq yaradır”.
Bu yanaşma əslində bugünkü biznes mühitini çox dəqiq izah edir. Çünki artıq texnologiya hamının əlindədir. Fərqlənmək üçün isə yanaşma lazımdır.
Startap mühitində də eyni tendensiyanı gördüm. Əvvəllər pitch-lərdə məhsul ön planda olurdu. İndi isə daha çox ideyanın arxasındakı məna, problemin necə təqdim olunduğu və gələcəyə necə baxıldığı önə çıxır. Yəni artıq “biz nə edirik?” sualından çox, “biz nəyi dəyişirik?” sualı önəmlidir.
Bu dəyişiklik PR sahəsinə də birbaşa təsir edir. PR artıq məlumat yaymaq deyil. PR artıq mövqe tutmaqdır. Sammitdə iştirak edən startapların və şəxsi brendlərin çoxu özünü təqdim etmirdi,onlar öz baxış bucaqlarını qururdu. Bu isə o deməkdir ki, sən ya narrativi idarə edirsən, ya da başqasının yaratdığı narrativin içində itib gedirsən.
Digər diqqətimi çəkən məqamlardan biri investorların yanaşması oldu. Onlar artıq məhsulun texniki tərəfinə yox, ideyanın zamanına və səbəbinə daha çox baxırlar.
“Niyə bu?” və “niyə indi?” sualları əsasdır. Bu isə startapların düşüncə tərzini kökündən dəyişir.
"Thunderbird School of Global Management"də tələbələrlə keçirdiyim mentorluq görüşü isə bu dəyişimin gələcəkdə daha da dərinləşəcəyini göstərdi. Gənclərlə ünsiyyətdə hiss olunur ki, onlar artıq biznesə yalnız qazanc kimi baxmırlar. Onların əsas fokus nöqtəsi təsir yaratmaqdır. Yəni əvvəl dəyər, sonra gəlir.
Bu sammitdən çıxardığım ən əsas nəticə isə budur: "Dünya artıq sürətlə dəyişmir, dünya artıq fərqli düşünür".
Texnologiya inkişaf edir, bəli. Amma əsas dəyişən insanın yanaşmasıdır.
PR dəyişir, bəli. Amma əslində dəyişən mesajın özü deyil, onun arxasındakı niyyətdir.
Və bu gün hər birimiz üçün əsas sual budur: "Biz bu dəyişimi izləyən tərəfdə qalacağıq, yoxsa onu formalaşdıranlardan biri olacağıq?".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026