Redaktor
Tez-tez pulunu sayanlar və nə qədər pulu olduğunu bilməyənlər var - Hansı doğrudur?
Bəzən deyirlər ki, pulunu sayma, tez bitəcək. Lakin bu deyimdən fərqli olaraq bir çox insan maaş aldıqdan sonra hesabındakı vəsaiti tez-tez yoxlayır, hətta həftədə bir neçə dəfə nə qədər pulunun qaldığını hesablayır. Digərləri isə buna xüsusi diqqət yetirmir.
Bəs pulu mütəmadi saymaq və ya hesabdakı qalığı tez-tez yoxlamaq xərcləmə davranışımıza necə təsir edir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Valyuta.az-a bildirib ki, pulun sayılması ilə bağlı köhnə deyimlər daha çox simvolik məna daşıyır: "Pulu saydıqca azalacaq deyilir, amma real həyatda məsələ belə deyil. İnsan pulunu izləyir, çünki bu, ona nəzarət və təhlükəsizlik hissi verir. Burada əsas məsələ saymağın özü yox, bu davranışın arxasında duran psixoloji səbəbdir".
Onun sözlərinə görə, pulunu mütəmadi yoxlayan insan adətən daha ölçülü xərcləyir: "Çünki beyin real vəziyyəti görür və impulsiv qərarların qarşısı müəyyən qədər alınır. Bu baxımdan hesabı izləmək sağlam və faydalı vərdişdir. Bu davranış həddindən artıq olarsa, problemə çevrilə bilər. İnsan gün ərzində dəfələrlə hesabına baxır, ən kiçik dəyişiklik belə onu narahat edir və nəzarəti itirəcəyi halda hər şeyin pisləşəcəyindən qorxur. Bu zaman məsələ puldan çıxıb daxili gərginliyə keçir. Yəni, yoxlama artıq idarəetmə yox, sakitləşmə vasitəsinə çevrilir və bu dövr təkrarlanır”.

R.Nəcəfov bildirib ki, bunun tam əksi olan yanaşma da sağlam mövqe hesab edilmir:
“Bəzi insanlar ümumiyyətlə hesabına baxmır. Bu da sağlam mövqe deyil. Çünki reallıqdan uzaqlaşma yaranır, xərclər nəzarətsiz qalır və problem gecikmiş formada daha ağır şəkildə üzə çıxır”.
Onun sözlərinə görə, məhz bu iki ifratın arasında daha dərin psixoloji davranış modelləri formalaşır: "Pul davranışı ilə bağlı problemlər çox vaxt sadəcə pis vərdiş kimi görünür, amma əslində onların arxasında emosional və psixoloji mexanizmlər dayanır. Pul məsələsində ifrat davranışlar demək olar ki, heç vaxt təsadüfi olmur.
“Komplusiv xərcləmə zamanı insan ehtiyac olmadan alış edir. Əsas məqsəd çox vaxt emosional boşluğu doldurmaqdır. Bu, qısa müddət rahatlıq verir, daha sonra isə peşmançılıq hissi yaranır. Kompulsiv yığma zamanı isə əksinə, insan pul xərcləməkdən qorxur və hətta əsas ehtiyaclarını belə təxirə salır. Burada təhlükəsizlik ehtiyacı həddindən artıq güclənir”.
Psixoloq əlavə edib ki, bəzi insanlar yalnız pulu deyil, ümumilikdə resursları toplamağa və saxlamağa meylli olurlar: "Bəzi hallarda yüksək enerji və impulsivlik dövrlərində nəzarətsiz xərcləmə baş verir. Digər hallarda isə insan emosional boşluğu kompensasiya etmək üçün xərcləməyə üstünlük verir. Qumar davranışı isə artıq risk hissi ilə bağlı formalaşan asılılıq modelidir".
"Əsas sual budur: sən pulu niyə sayırsan? Əgər bu, nəzarət üçündürsə, faydalıdır. Əgər qorxu və narahatlıqdan doğursa, o zaman artıq pul yox, davranışı yönləndirən daxili vəziyyətdir”, - deyə R.Nəcəfov vurğulayıb.
Xərclər üzrə konsultant Ruzanna Bəşirova isə bildirib ki, bu deyimin necə yarandığını araşdırmaq lazımdır: "Bəzən atalar sözləri və deyimlər zamanla dəyişir, nəticədə ilkin məna itir. Hər şeyi tez-tez etmək lazımdır və ya əksinə, etmək lazım deyil demək doğru deyil. Bütün qaydalar bütün insanlar və situasiyalar üçün eyni işləmir. Bəzən pulu tez-tez saymaq, bəzən isə müəyyən aralıqlarla yoxlamaq kifayət edir”.

Ekspert vurğulayıb ki, pulu tez-tez saymağın təsiri insanın xarakterindən və psixoloji vəziyyətindən asılı olaraq dəyişə bilər: “Maliyyə məsələləri yalnız büdcə ilə bağlı deyil, psixoloji vəziyyətlə də sıx əlaqəlidir. Buna görə də bu məsələdə ümumi qaydalar müəyyən etmək çətindir. Bununla belə, büdcə mütəmadi izlənilməlidir ki, insan maliyyəsini idarə edə bilsin və çətin vəziyyətlərlə üzləşməsin”.
R.Bəşirovanın sözlərinə görə, hesabı izləyərkən hansı sahələrə davamlı pul xərcləndiyinə, eləcə də kiçik görünən, lakin əslində ehtiyac olmayan xərclərə diqqət yetirmək vacibdir: “Bu zaman insan maliyyə itkisinə səbəb olan məqamları daha rahat müəyyən edə və onları aradan qaldıra bilər. Büdcənin izlənilməsi qənaət və düzgün xərcləmə vərdişlərinin formalaşmasına kömək edir”, – deyə ekspert əlavə edib.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Gənclərin pul yığa bilməməsinin səbəbi - "Gözəl həyat" illüziyası...
Pul planı hazırlayarkən çoxlarının gözdən qaçırdığı bir addım
Qazandığınız hara gedir? Bu 5 səhvi bu gündən dayandırın - SƏHƏR OXUSU
Gəlirinizdən asılı olmayaraq sərvət toplamağın 3 addımı
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026