Redaktor
Tim Kuk "Apple" rəhbəri kimi ən böyük səhvini açıqladı
"Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk bildirib ki, onun rəhbərlik dövründə ən böyük səhv 2012-ci ildə "Apple Maps" xidmətinin istifadəyə verilməsi olub.
Valyuta.az xəbər verir ki, bu barədə o, "Apple" əməkdaşları ilə keçirilən daxili görüşdə danışıb. Görüşdə onun potensial varisi Con Ternus da iştirak edib.
"Apple Maps" ilk təqdim olunduğu dövrdə ciddi problemlərlə üzləşmişdi: xəritələrdə yanlış marşrutlar, səhv küçə adları və qeyri-dəqiq məlumatlar istifadəçilərin narazılığına səbəb olmuşdu. Xidmət funksionallıq baxımından "Google Maps"dən geri qalırdı.
"Biz məhsulun hələ hazır olmadığını düşünmürdük, çünki əsasən lokal marşrutları test edirdik", deyə Tim Kuk bildirib.
Bu vəziyyət o qədər ciddi nəticələr doğurmuşdu ki, Kuk ictimai şəkildə istifadəçilərdən üzr istəmişdi. Eyni zamanda şirkət daxilində kadr dəyişiklikləri baş vermiş, proqram təminatı bölməsinin rəhbəri Skott Forstall vəzifədən uzaqlaşdırılmışdı.
Buna baxmayaraq, "Apple" sonrakı illərdə "Apple Maps"i ciddi şəkildə təkmilləşdirib və xidmət bu gün şirkətin ekosisteminin əsas hissələrindən biri sayılır.
Tim Kuk həmçinin digər uğursuz layihələrdən də danışıb. Onların arasında "AirPower" simsiz şarj platformasının ləğvi və "Apple"ın uzun illər ərzində inkişaf etdirməyə çalışdığı, lakin uğur qazana bilmədiyi pilotsuz avtomobil layihəsi də var.
Bununla belə, “Bloomberg” qeyd edir ki, bu uğursuzluqlar şirkəti ciddi böhrana salmayıb.
Kuk "Apple Watch"un və sağlamlıq funksiyalarının şirkət üçün ən böyük uğurlardan biri olduğunu xüsusilə vurğulayıb.
Yeni baş direktor vəzifəsinə keçəcək Con Ternus isə "Apple"ın yenidən “dünyanı dəyişməyə hazır olduğunu” bildirib. Dəyişikliklərin 1 sentyabrdan qüvvəyə minəcəyi qeyd olunur.
Şirkətin 2026-cı ildə yeni texnoloji yeniliklər – qatlanan "iPhone", ağıllı eynəklər və "Siri"nin böyük yenilənməsi üzərində işlədiyi də bildirilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026