Redaktor
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib ®
TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib.
Belə ki, Sədr “Kiçik və Orta Sahibkarların Regional Dəyər və Tədarük Zəncirlərinə İnteqrasiyası: Ticarətdə inzibati maneələrin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və subyektlər arasında qarşılıqlı əlaqələrin qurulması” adlı paneldə bank sektorunun və regional maliyyə alətlərinin rolu barədə mühüm strateji baxışları bölüşüb.
Orxan Qarayev öz çıxışında nəqliyyat dəhlizlərinin idarə edilməsi, rəqəmsal inteqrasiya və KOS-ların maliyyə əlçatanlığının artırılması, həmçinin İslam Özəl Sektoru İnkişaf Korporasiyasının (ICD) Maliyyələşdirmə Xətti (LoF) alətlərinin real istehsaldan-çatdırılmaya qədərki dövrlərə uyğunlaşdırılması istiqamətində bankın strateji baxışını diqqətə çatdırıb. Sədr bu prosesdə dövlət qurumları, maliyyə təşkilatları, rəqəmsal platformalar və logistika provayderləri arasında qurulan çoxsahəli tərəfdaşlıq modellərinin KOS-ların qlobal ticarətə davamlı inteqrasiyasındakı müsbət rolunu vurğulayıb.
Həmçinin dövlətimizin sahibkarlara yaratdığı əlverişli biznes mühiti və Bankın çevik maliyyə dəstəyi sayəsində KOB subyektlərinin rəqəmsal e-ticarət və B2B platformalarına inteqrasiyasının regional bazarlara çıxışda ən böyük rəqəmsal təkan olacağını bildirib. Sədr, dövlət dəstəyi mexanizmlərinin, xüsusilə güzəştli maliyyələşdirmə alətlərinin KOS-lara yönəldilməsinin onların regional dəyər zəncirinə qoşulmasını stimullaşdıran əsas amil olduğunu xüsusi qeyd edib.
1992-ci ildən fəaliyyət göstərən TuranBank Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır və müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən Bank yerli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlığın (KOS) dayanıqlı inkişafını və maliyyələşdirilməsini prioritet istiqamət kimi rəhbər tutur, şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
TuranBank
Bizimlə etibarlıdır...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026