Vençur dünyasına bələdçi: diqqətə dəyər 8 fond

Redaktor

18.08.2025 17:54
790

Vençur dünyasına bələdçi: diqqətə dəyər 8 fond

Əgər startap qurursunuzsa, yalnız inkişaf etdirdiyiniz ideya deyil, bu yolu kimlə getdiyiniz də vacibdir. 

Elə vençur fondları var ki, yalnız maliyyə yatırımı etməklə kifayətlənmirlər, həm də təcrübə, əlaqə və resurslarını bölüşürlər. 

Bu yazıda Valyuta.Az bu yazısında onlarla tanınmış texnoloji şirkətin böyüməsinə dəstək olmuş əsas oyunçulardan bəhs olunur.

"Andreessen Horowitz"

Silikon vadisinin ən tanınmış fondlarından biridir. Süni intellekt, kriptovalyutalar, biotexnologiya və digər müasir sahələrə yatırım edirlər.

Yatırımlar: "OpenAI", "GitHub", "Coinbase", "Slack".

Format: Həm erkən, həm də daha sonrakı mərhələlərdə iştirak edirlər. Güclü komandaları və startaplar üçün geniş resursları var.

Yaxın zamanda yeni süni intellekt fondu üçün 20 milyard dollar toplamağa başlayıblar – bu, tarixdəki ən böyük fondlardan biri ola bilər.

"Y Combinator"

Startaplar üçün ən tanınmış akselerator. Bir çox şirkətin sıfırdan böyüməsinə yardım edib.

Məzunlar: "Airbnb", "Reddit", "Stripe", "Twitch".

Format: Proqram üç ay davam edir. Onlayn format da mövcuddur. "YC" ilkin maliyyələşdirmə, mentorluq və investorlar qarşısında təqdimat üçün dəstək verir.

İdeyası və ya minimal prototipi olan komandaları qəbul edir.

"Accel"

Böyümə mərhələsində olan layihələrlə işləməyi sevən fond. Dayanıqlı və uzunmüddətli şirkətlərə üstünlük verir.

Yatırımlar: "Facebook", "Dropbox", "Miro", "Atlassian".

Fokus: B2B xidmətlər, SaaS və infrastruktur layihələri.

Onlar miqyaslanmağa, kadrların işə qəbuluna və qlobal bazara çıxmağa yardım edirlər.

"500 Global"

ABŞ-dan kənardakı layihələrlə fəal işləyən beynəlxalq fond və akselerator. Xüsusilə Asiya və inkişaf etməkdə olan regionlara diqqət yetirirlər.

Proqramlar: 80-dən çox ölkədə mövcuddur.

Format: Akseleratorlar, mentorluq və 150 min ABŞ dollarına qədər investisiyalar.

Yatırımlar: "Canva", "Udemy", "Talkdesk".

MDB ölkələrindən olan komandalar üçün qlobal səviyyəyə çıxmaq baxımından yaxşı seçimdir.

"Sequoia"

Dünyanın ən nüfuzlu vençur fondlarından biri. "Apple", "Google", "WhatsApp" kimi nəhənglərin formalaşmasında iştirak edib. Güclü reputasiyası və inkişafın bütün mərhələləri üzrə mükəmməl ekspertizası var.

Yatırımlar: "Apple", "Google", "PayPal", "WhatsApp", "YouTube", "Stripe", "Zoom".

Format: İdeyadan IPO-ya qədər bütün mərhələlərdə yatırım edirlər. Mentorluq, bazarlara çıxış və komanda qurulmasında dəstək təmin edirlər.

"Sequoia" uzunmüddətli yanaşması ilə tanınır: illərlə təsisçilərin yanında olaraq dayanıqlı böyüməyə yardım edirlər.

"Khosla Ventures"

"Sun Microsystems"in həmtəsisçisi Vinod Kosla (Vinod Khosla) tərəfindən qurulan fond. DeepTech startaplara və sahələri dəyişə biləcək cəsarətli ideyalara önəm verir.

Yatırımlar: "DoorDash", "Square", "Impossible Foods", "Instacart".

Fokus: Süni intellekt, biotexnologiya, səhiyyə, enerji və iqlim texnologiyaları.

Əgər siz yalnız məhsul deyil, texnoloji transformasiya qurursunuzsa, bu fond sizin üçündür.

"Kleiner Perkins"

Silikon vadisinin ən köklü fondlarından biridir. "Amazon" və "Google"un yüksəlişində mühüm rol oynayıb. Hazırda isə dayanıqlı inkişaf və rəqəmsal innovasiyalar sahəsində startaplara dəstək verir.

Yatırımlar: "Amazon", "Google", "Twitter", "Slack", "Figma".

Fokus: İstehlakçı texnologiyaları, səhiyyə, maliyyə texnologiyaları, yaşıl texnologiyalar.

Fond təsisçilərlə məhsul inkişafı, brend quruculuğu və strateji böyümə üzərində fəal işləyir, xüsusilə dayanıqlı texnologiyalar sahəsində.

"Founders Fund"

"PayPal" və "Palantir"in həmtəsisçisi Piter Til (Peter Thiel) tərəfindən yaradılan fond. "İnqilabi" startaplara yönəlməsi və qeyri-ənənəvi investisiya yanaşması ilə tanınır.

Yatırımlar: "SpaceX", "Palantir", "Airbnb", "Stripe", "Facebook".

Format: Həm erkən, həm də daha sonrakı mərhələlərdə iştirak edirlər.

"Founders Fund" cari paradiqmalara meydan oxuyan layihələri dəstəkləyir. Ambisiyalı və böyük miqyasda böyüməyə hazır komandalar üçün yaxşı seçimdir.

Aydın

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək

21.06.2026

12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?

21.06.2026

Məqsədlərə çatmağın sadə addımları

20.06.2026

Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb

20.06.2026

Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya

20.06.2026

Ən uğurlu iş mühitləri hansılardır?

20.06.2026

2026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb

20.06.2026

Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb

20.06.2026

Bütün varlı və uğurlu insanların gizli vərdişləri

20.06.2026

Swatch-un ən bahalı saatları

20.06.2026

Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb

20.06.2026

İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş

20.06.2026

Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır

20.06.2026

Azərbaycan nefti bahalaşıb

20.06.2026

Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor

20.06.2026
Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

Matryoşka necə Rusiyanın simvoluna çevrildi?

20.06.2026

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

19.06.2026

Varlı olmağın üstünlükləri və mənfi cəhətləri

19.06.2026

Toxunduqda işıqlanır: Elektrik olmadan işıq yaradan ucuz material hazırlandı

19.06.2026

Azərbaycana qışda qarpızı ən baha satan ölkə məlum oldu

19.06.2026

Məzənnə

Yüklənir...