46 milyon dollar cəlb edən startap gizlilikdən çıxdı

Redaktor

18.06.2026 11:51
217

46 milyon dollar cəlb edən startap gizlilikdən çıxdı

Miqren tutmalarının qarşısını almağa yönəlmiş Sietl mərkəzli “Vedana Therapeutics” 46 milyon dollarlıq A seriyası investisiya raundunu bağlayaraq fəaliyyətini ictimaiyyətə təqdim edib.

Valyuta.az xəbər verir ki, yeni maliyyələşdirmə şirkətə miqrenlə əlaqəli siqnal ötürmə yollarını hədəfləyən antitel terapiyalarının inkişafını sürətləndirməyə imkan verəcək.

Gələcəkdə xəstələrin bu preparatları ev şəraitində inyeksiya yolu ilə tətbiq etməsi mümkün ola bilər.

“Vedana” miqren müalicəsində yeni yanaşmalar hazırlayan biotexnologiya startapıdır. Şirkət xəstəliyin yaranmasında rol oynayan müxtəlif bioloji mexanizmləri eyni vaxtda hədəfləməklə mövcud müalicələrin effektivliyini artırmağı qarşısına məqsəd qoyub. Startapın əsas dərman namizədi yeni nəsil PACAP antiteli, ikinci proqramı isə həm PACAP, həm də CGRP-ni hədəfləyən terapiyadır.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Anuraq Aqarval (Anurag Agarwal) bildirib ki, məqsəd xəstələrin miqren tutmalarından tamamilə azad olmasına imkan verəcək müalicələr hazırlamaqdır. Onun sözlərinə görə, bunun üçün bir neçə bioloji yolun eyni vaxtda hədəflənməsi vacibdir.

Hazırda 14 əməkdaşı olan startapın rəhbər heyətində “Amgen”, “Teva”, “Lundbeck” və “Alder Biopharmaceuticals” kimi şirkətlərdə miqren preparatlarının hazırlanmasında iştirak etmiş mütəxəssislər yer alır. Şirkət əsas üstünlüyünün komandasının uzunillik elmi və klinik təcrübəsi olduğunu vurğulayır.

“Vedana”nın investisiya raunduna “Westlake BioPartners” və “Canaan Partners” rəhbərlik edib. Maliyyələşdirmədə “Dawn Biopharma” və “Alexandria Venture Investments” da iştirak ediblər.

Rəfiqə Abdin

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...