Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

Redaktor

02.06.2026 13:20
196

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

Qazaxıstanlı sahibkar Asxat Janibekov bank sektorunda təxminən 10 il çalışdıqdan sonra “Nazarbayev University” bazasında “AgriFoodTech Venture Lab” adlı yeni vençur laboratoriyasını istifadəyə verib.

Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, layihə onun heyvandarlıq təsərrüfatlarının uzaqdan monitorinqi və idarə olunması üçün hazırlanmış “COWMAS” startapının davamı kimi yaradılıb.

Sistem süni intellekt və analitika vasitəsilə heyvanların sağlamlıq vəziyyətini izləməyə, təsərrüfatlarda əməliyyat proseslərini optimallaşdırmağa imkan verir.

Janibekovun sözlərinə görə, ideya 2017-ci ildə aqrobiznes iqtisadiyyatını öyrənmək üçün Niderlanda köçdükdən sonra formalaşıb. Qazaxıstana qayıtdıqdan sonra o, heyvandarlıq sahəsində rəqəmsal həllərin hazırlanmasına başlayıb.

“COWMAS” ətrafında yeni texnoloji istiqamətlərin yaranması nəticəsində “AgriFoodTech Venture Lab” təsis edilib. Laboratoriya üç əsas istiqamətdə fəaliyyət göstərir: yeni startapların yaradılması, akademik konsaltinq və elmi işləmələrin kommersiyalaşdırılması.

Layihənin inkişafında “NURIS” texnoparkı və universitetin elmi infrastrukturu mühüm rol oynayıb. Komanda hazırda robototexnika və kompüter görməsi sahələrində də layihələr həyata keçirir.

Sahibkarın sözlərinə görə, əsas çətinliklər kənd təsərrüfatı sektorunda keyfiyyətli məlumat bazasının zəif olması, ucqar bölgələrdə internet və enerji infrastrukturunun məhdudluğu, eləcə də innovativ təşəbbüslərin dəstəklənməsi mexanizmlərinin yetərincə inkişaf etməməsidir.

Janibekov hesab edir ki, ərzaq təhlükəsizliyi və iqlim dəyişiklikləri kimi qlobal çağırışlar fonunda elm və aqrobiznes arasında əlaqələrin gücləndirilməsi vacibdir. Bu məqsədlə yaradılan “AgriFoodTech Venture Lab” elmi tədqiqatların bazara çıxarılmasını sürətləndirməyi hədəfləyir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Meqa Sığorta”nın yığımları 7,7% azalıb, ödənişləri 13,1% artıb

02.06.2026

Milli Kibertəhlükəsizlik Agentliyinin nizamnamə fondu 400 min manatı ötəcək

02.06.2026

Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

02.06.2026

Azərbaycanda 152 min nəfər xüsusi pensiya alır

02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılır - FƏRMAN

02.06.2026

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi ®

02.06.2026
Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

Yeni tikili ilə köhnə binadan ev almağın fərqi

02.06.2026

Ən yaxşı görüntü və performans təklif edən televizorlar açıqlanıb

02.06.2026

Bank sektorunda 10 il işlədikdən sonra aqrotexnologiya laboratoriyası yaradıb

02.06.2026
Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

Restoranın bahalı olub-olmadığını menyuya baxmadan müəyyən etmək olar

02.06.2026

Mərkəzi Bank “PashaPay”yə icrası məcburi göstəriş verib

02.06.2026

Bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

02.06.2026

Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir

02.06.2026

AZAL-ın ixrac gəlirləri yarım milyona yaxın azalıb

02.06.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri  - CƏDVƏL

02.06.2026

Zara İbrahimzadə TƏBİB-də rəhbər vəzifəyə gətirildi

02.06.2026

"Azərkosmos"un ixrac gəlirləri 55% artdı, xidmət göstərilən ölkələrin sayı azaldı

02.06.2026

DSMF-nin filial müdiri vəzifəsindən azad olundu

02.06.2026

18 aptekdə nöqsan aşkarlandı

02.06.2026

Azərbaycanda pul bazası 24 mlrd. manatı ötüb

02.06.2026

Məzənnə

Yüklənir...