Redaktor
Azərbaycanda vakansiyaların yarıdan çoxu 4 sahədə cəmləşib
Əmək bazarında işəgötürənlərin axtardığı vakansiyaların əhəmiyyətli hissəsi müəyyən sahələr üzrə cəmləşir.
Valyuta.az xəbər verir ki, “Falcon Consulting Group” tərəfindən hazırlanan son bülletenə əsasən, ölkədə işəgötürənlərin axtardığı kadrların yarıdan çoxu cəmi dörd istiqamətdə toplanır.
Belə ki, hesabat “jobsearch.az” portalında yerləşdirilən 1 979 aktiv vakansiya əsasında hazırlanıb.
Qeyd olunur ki, məlumatlar bazarın ümumi mənzərəsini tam əks etdirmir, çünki bəzi şirkətlər vakansiyaları öz saytlarında, “LinkedIn” platformasında və ya digər kanallar vasitəsilə elan edir, rəhbər vəzifələr isə çox vaxt “headhunting” yolu ilə doldurulur.
Hesabata görə, vakansiyaların ən böyük payı maliyyə (16%), satış (12,4%), inzibati/ofis işləri (11,1%) və IT/mühəndislik (10,1%) sahələrinin payına düşür. Bu isə əmək bazarının əsasən gündəlik əməliyyatları idarə edən kadrlara üstünlük verdiyini göstərir.
Analizdə qeyd olunur ki, bu tendensiya şirkətlərin daha çox qısamüddətli ehtiyaclara fokuslandığını, strateji və innovasiya yönümlü vəzifələrin isə arxa planda qaldığını göstərir.
Sektorlar üzrə bölgüyə baxdıqda isə ticarət və pərakəndə (12,7%), bank və maliyyə (10,6%) və tikinti (8,8%) sahələrinin ən çox kadr axtaran istiqamətlər olduğu görünür. Bu sahələrin aktivliyi əsasən daxili istehlak və infrastruktur layihələri ilə əlaqələndirilir.
Eyni zamanda, neft-qaz və energetika sektoru cəmi 1,6% (31 vakansiya) ilə siyahının sonlarında qərarlaşıb. Bununla belə, bu göstərici həmin sahədə tələbin aşağı olduğunu deyil, işəgötürmənin daha çox qapalı kanallar - beynəlxalq agentliklər və “headhunting” vasitəsilə aparıldığını göstərir.
Hesabata əsasən, 1 979 vakansiyanın yalnız 259-u və ya 13,1%-i idarəetmə mövqeləridir.
“Bu rəqəm nisbətən aşağı görünsə də, rəhbər vəzifələrin daha çox daxili təyinat və ya qapalı seçim mexanizmləri ilə doldurulduğunu nəzərə almaq lazımdır”, - deyə hesabatda qeyd olunur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB
02.04.2026Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ
02.04.2026Problemli kreditlərin həcmi 82 milyon manat artıb
02.04.2026"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"
02.04.2026MİDA-da rəhbər vəzifəyə təyinat olub
02.04.2026Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər
02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı
02.04.2026“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər
02.04.2026Bank sektorunun xalis mənfəəti 6% artıb
02.04.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
02.04.2026İlham Əliyev Qırğızıstana səfər edəcək
02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?
02.04.2026"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası
02.04.2026Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib
02.04.2026"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026