Redaktor
Azərbaycanlının startapı 100 min dollar investisiya alıb
“AIdMD Technologies” Üçüncü İllik “USTAAR Pitch” müsabiqəsində 100 min ABŞ dolları məbləğində SAFE investisiyası əldə edib.
Valyuta.az xəbər verir ki, startapın həmtəsisçisi Yusif Qurbanlı bununla bağlı LinkedIn hesabında paylaşım edib.
Son proqram çərçivəsində komanda məhsul-bazar uyğunluğuna doğru mühüm irəliləyiş əldə edib. “I-Corps” proqramı vasitəsilə 250-dən çox klinisistlə müsahibələr aparılıb, “The Venture Mentoring Team” tərəfindən mentorluq təmin edilib.
Təşəbbüs Vaqif Kazımlının real bir problemlə üzləşməsi və onun həllinə qərar verməsi ilə başlayıb. Yunus Kazımlı və Hamza Şah kimi tibbi sahəni dərindən anlayan mühəndis və tərtibatçılarla əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunur.
Qeyd edək ki, “AIdMD Technologies” 2024-cü ildə Vaqif Kazımlı tərəfindən təsis edilib. Startap səhiyyə sahəsində süni intellekt əsaslı klinik iş axını platforması hazırlayır. Şirkət həkimlərin üzərinə düşən inzibati yükü azaltmaq, pasiyent məlumatlarının emalını avtomatlaşdırmaq və mövcud elektron sağlamlıq sistemləri ilə inteqrasiya olunaraq qərarvermə prosesini daha səmərəli etmək məqsədi daşıyır.
Mayya Hüseynova