"Aqrarkredit"in əmlakları 10% endirimlə satışa çıxarılır

Redaktor

02.04.2026 11:06
72

"Aqrarkredit"in əmlakları 10% endirimlə satışa çıxarılır

15 aprel tarixində “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan bir sıra daşınmaz əmlaklar təkrar hərraca çıxarılacaq. Hərracın ilk hissəsi saat 11:00-da keçiriləcək. Bu mərhələdə iki əmlak satışa çıxarılır.

Valyuta.az xəbər verir ki, bunlardan biri Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 174 ünvanında yerləşən 493,9 kvadratmetr sahəyə malik qeyri-yaşayış sahəsidir.

Əmlakın start qiyməti 2 430 000 manat, beh məbləği isə 12 150 manat təşkil edir.

Digər əmlak isə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 68c ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsidir. Torpaq sahəsi 0,014782 hektar, ümumi tikili sahəsi 176,1 kvadratmetrdir. Start qiyməti 495 000 manat, beh məbləği isə 2 475 manatdır.

Eyni gün saat 11:30-da keçiriləcək ikinci hərracda isə ümumilikdə 9 əmlak satışa çıxarılacaq. Siyahıya Bakı şəhərinin Yasamal, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşən qeyri-yaşayış sahələri və fərdi yaşayış evi daxildir. Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 84,7 kvadratmetr, start qiyməti 213 480 manatdır. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən digər qeyri-yaşayış sahəsi isə 68,3 kvadratmetr olub, 31 500 manat start qiyməti ilə təklif olunur.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 0,03 hektar, tikili sahəsi 197,8 kvadratmetrdir. Əmlakın start qiyməti 225 000 manatdır. Xətai rayonunda, Çingizxan Kərimov küçəsində yerləşən müxtəlif qeyri-yaşayış sahələri isə 169,3 kvadratmetrdən 230,5 kvadratmetrə qədər dəyişir. Bu əmlakların start qiymətləri 243 900 manatdan başlayaraq 332 100 manata qədər yüksəlir.

Qeyd olunur ki, satışa çıxarılan bütün əmlaklar ikinci dəfə, start qiymətləri 10% aşağı salınmaqla təkrar hərraca təqdim edilir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Gürcüstanda immiqrasiya vizası almaq istəyənlərə yeni TƏLƏB

02.04.2026

Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər? - RƏSMİ

02.04.2026

Problemli kreditlərin həcmi 82 milyon manat artıb

02.04.2026

"Məhsulunun "Premium" olduğunu deyirsənsə, bunu sübut etməlisən"

02.04.2026

MİDA-da rəhbər vəzifəyə təyinat olub

02.04.2026

Bank sektorunda çalışanların sayı artıb - Rəqəmlər

02.04.2026
Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon

Azərbaycanda ən çox kredit verilən 10 iqtisadi rayon - Siyahı

02.04.2026

“Instagram” “TikTok”u kopyalayır? - Oxşar dəyişikliklər

02.04.2026

Bank sektorunun xalis mənfəəti 6% artıb

02.04.2026

Bankların aktivləri 3 milyard manatdan çox artıb

02.04.2026

İlham Əliyev Qırğızıstana səfər edəcək

02.04.2026
Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir

Müştəri problemlə üzləşir, şirkət “Bu, ilk dəfədir baş verir” deyir - Bu, peşəkar yanaşmadır?

02.04.2026

"Apple"da 1000 ideyadan yalnız biri "sağ qalır" - Tim Kukun sərt filtr qaydası

02.04.2026

Əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər yüksəlib

02.04.2026

"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər

02.04.2026

Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq

02.04.2026
Azərbaycanlının startapı 100 min dollar investisiya alıb

Azərbaycanlının startapı 100 min dollar investisiya alıb

02.04.2026

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

02.04.2026

Kamil Babayevə “City Finance" BOKT-da vəzifə verildi

02.04.2026

Azərbaycanda vakansiyaların yarıdan çoxu 4 sahədə cəmləşib

02.04.2026

Məzənnə

Yüklənir...