Redaktor
"Kreditlə startapa başlamaq üçün xalis mənfəətin ən az 20 faiz olmalıdır" - Nicat Manafov
Startap qurmaq ideyadan reallığa gedən yolda ən çətin qərarların verildiyi mərhələdir. Xüsusilə də maliyyə məsələləri bu prosesin ən həssas nöqtələrindən biri sayılır. Bu yeni başlayan sahibkarlar üçün əsas məqamlardan biridir.
Startap üçün kredit götürmək, yoxsa investor tapmaq yaxşıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan sahibkar Nicat Manafov bildirib ki, mümkün qədər Azərbaycanda startaplar ilkin mərhələdə öz imkanları hesabına nələrsə etməyə çalışsınlar:
"Bu mümkün olmursa, Azərbaycanda investor axtarmağa çox vaxt sərf etməsinlər. Çünki ölkədə real startap investisiya mühiti demək olar ki, formalaşmayıb. Əgər maliyyə imkanı olan şəxslər varsa, bu halda bizneslərinə şərik cəlb etmələri daha məntiqli və praktik üsul hesab oluna bilər. Şərik tapmaq mümkün olmadıqda isə bank kreditləri müəyyən mənada dəstək rolunu oynaya bilər. Biznes quruculuğu mərhələsində kreditdən istifadə etmək mümkündür".

"Dünya praktikasında fərqli yanaşmalar olsa da, Azərbaycan reallığında ardıcıllıq adətən, belədir: ilk növbədə öz imkanlarınla nəsə etməyə çalışmalı, daha sonra şərik axtarmalısan. Çünki ölkədə nə investisiya mühiti kifayət qədər inkişaf edib, nə də aktiv startap investorları mövcuddur. Əgər bunlar da alınmırsa, bank kreditləri vasitəsilə biznesi böyütmək olar.
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda bank kreditlərinin faizləri yüksəkdir. Buna görə də bank krediti ilə biznesdən nəticə əldə etmək üçün xalis mənfəət marjası ən azı 20%-dən yuxarı olmalıdır" - deyə N. Manafov qeyd edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026