Bu şəxslər üçün mənzillər alınacaq - 1,2 milyonluq layihə

Redaktor

14.11.2025 16:48
466

Bu şəxslər üçün mənzillər alınacaq - 1,2 milyonluq layihə

Əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzillə təmin olunması məqsədilə tender elan olunub.

Valyuta.az xəbər verir ki, yeni mənzillərin Salyan rayonunda satın alınması nəzərdə tutulur.

Layihə çərçivəsində 9 ədəd ikiotaqlı, 6 ədəd isə üçotaqlı mənzilin alınması planlaşdırılır.

Satınalma prosesi "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Layihənin ehtimal olunan ümumi dəyəri 1 milyon 258 min 425 manat təşkil edir.

Tender 24 noyabr tarixinə qədər davam edəcək.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...