Redaktor
11.12.2025 16:14
135
Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.
Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır:
* Ərazi-təşkilat məsələləri sektoru
* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru
* İctimai-siyasi və humanitar məsələlər sektoru
Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:
* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru
* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:
* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru
* Hüquq və kadr məsələləri sektoru
Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər.
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici
11.12.2025Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər - Səbəb açıqlandı
11.12.2025İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi
11.12.2025MrBeast YouTube-dan necə milyonlar qazanır?
11.12.2025Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi
11.12.2025Ən çox POS-terminal istifadəsi bu rayonlardadır
11.12.2025Bu şəxslərin maaşı artırılacaq
11.12.2025Onların da məzuniyyəti 46 gün olacaq
11.12.2025Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?
11.12.2025Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam
11.12.2025Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək
11.12.2025Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR
11.12.2025AMEA prezidenti: Alimlərin əməkhaqqının artırılması ilə bağlı iş aparıram
11.12.2025Dövlət Gömrük Komitəsinin daha iki əməkdaşı həbs olunub
11.12.2025Sabah paytaxtın bəzi küçə və prospektləri bağlanacaq
11.12.2025Bakı-Hövsan Limanının rəisi həbs edildi
11.12.2025Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi 18,7 milyardı ötüb
11.12.2025DSMF 51,5 milyonluq iki tender elan edib
11.12.2025Qeyri-yeyinti məhsulları ixracı 8,4% azalıb
11.12.20255 aptekdə nöqsanlar aşkarlandı
11.12.2025Məzənnə
Yüklənir...