Redaktor
Cəmiyyətə fayda verən biznes modeli
İqtisadi inkişafla sosial ədalət arasındakı tarazlığı qorumaq əsas problemlərdəndir. Ənənəvi bizneslər əsasən mənfəət əldə etməyə yönəlmiş olsa da, sosial sahibkarlıq yalnız bununla kifayətlənmir.
Sosial sahibkarlığın digər biznes modellərindən fərqi nədir və onu biznesin digər növlərindən necə fərqləndirmək olar?
Mövzu ilə bağlı Valyuta.az-a danışan biznes kouç Zülfiyyə Cəfərova bildirib ki, sosial sahibkarlıq, həm gəlir əldə etməyi, həm də sosial məqsədlərə xidmət etməyi birləşdirən innovativ biznes modelidir: “Bu konsepsiya, ənənəvi mexanizmlərin – dövlət tənzimlənməsi və xeyriyyəçilik kimi yanaşmaların – həmişə effektiv olmadığı artan qlobal problemlər və sosial ədalətsizliklərə cavab olaraq ortaya çıxıb. Digər biznes modellərində olduğu kimi, sosial sahibkarlıq da çevik, təşəbbüskar, bazarın tələb və təkliflərini davamlı araşdıran, yeni məhsul və xidmətlər təklif edən, gəlir qazanmağa yönəlmiş biznes fəaliyyətidir. Lakin onu digər bizneslərdən fərqləndirən ən mühüm cəhət, əldə edilən mənfəətin istifadə qaydasıdır”.
“Sosial sahibkarlıq zamanın çağırışlarına cavabdır”
Z.Cəfərova vurğulayıb ki, sosial sahibkarlıqda mənfəət, biznes sahibinə divident şəklində ödənilmir:
“Əksinə, xərclər çıxıldıqdan sonra qalan gəlirin bir hissəsi biznesin inkişafına, digər hissəsi isə cəmiyyət və ekologiya ilə bağlı problemlərin həllinə yönəldilir. Bu yanaşma sosial sahibkarlığı digər sahibkarlıq formalarından ayıran əsas xüsusiyyətdir.
Beləliklə, sosial sahibkarlıq yalnız biznes fəaliyyəti deyil, həm də cəmiyyətin rifahına töhfə verən vasitədir. Bu model, mövcud sosial və ekoloji problemlərə dayanıqlı həll yolları təqdim edərək zamanın çağırışlarına cavab verir”.
“Sosial biznes yalnız iqtisadi deyil, mənəvi öhdəliklər də daşıyır”
Sosial sahibkarlıqda gəlirlilik məsələsi haqqında da danışan biznes kouç "gəlirlilik" məfhumunun spesifik bir çərçivədə qiymətləndirildiyini qeyd edib:
“Ənənəvi bizneslərdə olduğu kimi, sosial biznes də gəlir əldə etməyə fokuslanmalı və təşəbbüskar yanaşma göstərməlidir. Lakin bu, riskli addımlar atmaq anlamına gəlmir. Biz bilirik ki, risk və gəlirlilik bir-biri ilə proporsional əlaqədədir. Ənənəvi bizneslərdə riskli qərarların verilməsi adətən, sahibkarın bu riskləri qarşılaya biləcək "təhlükəsizlik yastığı"na, yəni ehtiyat maliyyə resurslarına sahib olması ilə mümkün olur. Sosial sahibkarlıq isə daha ehtiyatlı və dayanıqlı gəlirlərə yönəlmiş olmalıdır. Bunun əsas səbəbi sosial biznesin yalnız iqtisadi deyil, həm də mənəvi öhdəliklər daşımasıdır. Sosial sahibkarlıq modelində mənfəət əldə etmək vasitə, cəmiyyətə fayda yaratmaq isə əsas məqsəddir. Buna görə də sosial sahibkarlıq, üzərinə götürdüyü sosial və ekoloji öhdəlikləri yerinə yetirmək üçün maliyyə dayanıqlığını təmin etməlidir”.

Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər12 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026