Solmaz Əliyeva
Layihə rəhbəri
Bu gün Azərbaycan gəncləri zəhmətkəşdir, lakin zəhmətin biliyə əsaslanması vacib şərtdir. Davamlı zəhmətin arxasında isə motivasiya dayanır: insan ruhdan düşdükdə və həvəssiz qaldıqda, özünü motivasiya etməlidir.
Bəs gənclər motivasiyanı haradan almalıdır?
Aydındır ki, texnologiya dövründə yaşayırıq və ilk üz tutulan məkan sosial şəbəkələr olur. Son 5–8 il ərzində bu platformalarda motivasiya mövzusunda çıxış edən ekspertlərin sayında artım müşahidə edilir. Müxtəlif mövzularda motivasiya verən geniş auditoriyaya sahib insanlar formalaşıb. Lakin verilən motivasiyalar hansı dəyərlərə əsaslanır və nə dərəcədə effektivdir? Nələri sorğulamalıyıq?
Motivasiyanın əsas məğzini çox zaman insanlar öz uğur hekayələrini bölüşməklə formalaşdırırlar. Uğur isə, əslində, iki hissədən ibarətdir: göstərilən və göstərilməyən tərəf. Göstərilən tərəf əksər hallarda aldadıcı olur, çünki görünməyən və gizli saxlanılan məqamlar haqqında məlumat verilmir. Günümüzdə isə bu cür bəzədilmiş, zahirən parlaq, lakin məzmun etibarilə boş olan uğur hekayələri geniş yayılıb. Bu çıxışlarda bəzən heç bir bilik bazası olmayan, sınaqdan keçməmiş, müxtəlif mənbələrdən toplanmış pafoslu nitqlərlə rastlaşırıq.
Bu kontekstdə “cəsarətli ol” və “risk et” kimi tezislər xüsusilə geniş yayılıb. Lakin bu tip motivasiyaların təsiri ilə emosional qərar verərək borclanıb biznes quran və nəticədə uğursuzluqla qarşılaşan gənclərin sayı az deyil.
Öz təcrübəmdən konkret bir nümunəni paylaşmaq istəyirəm: şəhərin mərkəzində iki rəfiqəm kofe dükanı açdı, lakin üç ay sonra ciddi maliyyə itkisi ilə fəaliyyətlərini dayandırdılar.
Diqqət yetirin: cəsarət var, məkan mərkəzdə yerləşir, bütün avadanlıqlar alınmışdı, borc da götürülmüşdü. Nəticədə isə psixoloji cəhətdən çökdülər. Onları cəsarətləndirən motivasiya dolu çıxışlar idi. Həvəsli və zəhmətə hazır idilər. Bəs problem nə idi? Onların bilmədiyi əsas və vacib bir amil vardı: bilik.
Motivasiya, iddia, investisiya və zəhmət vacibdir, lakin bunların hamısı biliklə dəstəklənmədikdə uğursuzluq qaçılmaz olur.
Məsləhətlərim:
- Biliyə, təcrübəyə və faktlara əsaslanan şəxsləri dinləyin;
- Hər hansı bir sahəyə başlamazdan əvvəl həmin yolu keçmiş — həm uğurlu, həm də uğursuz — insanların təcrübələrini müşahidə edin və sadə məntiq əsasında söylənənləri sorğulayın;
- Motivasiya mənbələrini diqqətlə seçin, deyilənlərlə yanaşı deyilməyənləri də anlamağa çalışın;
- Məsələn, əgər bir insan maddi baxımdan təminatlı ailədə böyüyübsə, onun “çətinliklərə baxmayaraq mübarizə aparın” mesajı o qədər də obyektiv olmaya bilər;
- Sadə məntiqə uyğun gəlməyən tövsiyələrə etibar etməyin;
- Hər hansı bir sahədə çıxış edən şəxsin söylədiklərini özü nə dərəcədə tətbiq etdiyinə diqqət yetirin.
- Ən əsası isə unutmayın: başqalarında motivasiya axtarmaq olar, lakin hər kəsin uğur formulu fərqlidir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026