Redaktor
Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
Çinin özəl “SANY” konqlomeratı Rumıniyanın Timış bölgəsində inşa olunacaq iki günəş parkını əhatə edən enerji layihəsinə 1 milyard avrodan çox sərmayə yatırır. Layihəyə həmçinin enerji yığma sistemi və məlumat emalı mərkəzi də daxildir.
Valyuta.az xəbər verir ki, “Ziare.com” nəşrinin məlumatına görə, Uivar ərazisində ümumi gücü 800 MVt olan iki günəş parkı tikiləcək. Timisoara şəhərində isə 2,34 QVt·saat tutumlu enerji saxlama sistemi və 70 MVt İT yükünə malik məlumat mərkəzi inşa olunacaq.
Günəş parklarına yatırımlar təxminən 320 milyon avro təşkil edir, enerji saxlama sistemi və İT mərkəzi isə hər biri təxminən 350 milyon avroya başa gələcək. Layihənin icrasını Rumıniyanın “Danube Solar Seven SRL” şirkəti təmin edir.
Çinin “SANY” qrupu ağır sənaye texnikası və avadanlıqları istehsalı ilə tanınır. Şirkət layihə üçün əsas avadanlığı, o cümlədən Çinin Hunan əyalətində yerləşən tam robotlaşdırılmış fotovoltaik panel istehsal xəttində hazırlanmış günəş panellərini tədarük edir.
Müxtəlif enerji bazarlarındakı dəyişikliklər nəticəsində Avropada enerji qiymətləri dalğalanma göstərir. Günəş və külək enerjisinin genişlənməsi səbəbindən bəzi ölkələrdə gündüz saatlarında elektrik enerjisinin qiyməti aşağı və ya hətta mənfi olur, axşam saatlarında isə xərclər kəskin artır. Hazırda Almaniya, Fransa və İspaniyada pik günəş saatlarında aşağı və ya mənfi elektrik qiymətləri qeydə alınır. Eyni zamanda axşam saatlarında istehlakçılar elektrik üçün daha yüksək məbləğ ödəyirlər.
Günəş panellərinin adambaşına düşən payına görə dünya lideri Avstraliyadır. Burada ümumi günəş gücü 28,3 GVt təşkil edir və bu il əlavə 5,2 GVt artım gözlənilir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ
01.04.2026"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb
01.04.2026Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR
01.04.2026Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
01.04.2026Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB
01.04.2026