Redaktor
"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
“TotalEnergies” şirkətinin treyderləri may ayında yüklənməsi planlaşdırılan Birləşmiş Ərəb Əmirlikləri və Oman neftinin mövcud bütün partiyalarını alaraq təkcə mart ayında 1 milyard dollardan çox gəlir əldə ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” şirkətə yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ümumilikdə təxminən 70 neft partiyası alınıb ki, bu da bir ay əvvəlki göstəricidən iki dəfə çoxdur.
ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Tehran Hörmüz boğazı üzərindən hərəkəti məhdudlaşdırıb. Bu isə Murban və Oman markalı neftə tələbatı kəskin artıraraq qiymətlərin yüksəlməsinə səbəb olub. Eyni zamanda ticarət aktivliyi təxminən 50% artıb.
“TotalEnergies” şirkəti bu dövrdə alışları daha da gücləndirərək fyuçerslər, opsionlar və svoplar vasitəsilə əhəmiyyətli mənfəət əldə edib.
Şirkət nümayəndəsi “Financial Times”a bildirib ki, “TotalEnergies” ticarət fəaliyyəti ilə bağlı şərh vermir. Bundan əvvəl, martın 13-də şirkət Qətər, İraq və BƏƏ şelfində hasilatın müvəqqəti dayandırıldığını açıqlamışdı.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərFitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi
01.04.2026"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir
01.04.2026Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır
01.04.2026"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb
01.04.2026Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu
01.04.2026Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib
01.04.2026Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır
01.04.2026Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib
01.04.2026Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır
01.04.2026Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı
01.04.2026Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu
01.04.2026BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb
01.04.2026AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO
01.04.2026"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq
01.04.2026Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
01.04.2026Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb
01.04.2026